
Abşeronda taksi sürücüsünə qarşı SOYĞUNÇULUQ: Saxlanılan var
Abşeron rayonu ərazisində soyğunçuluq hadisəsi qeydə alınıb. Belə ki, zərərçəkən idarə etdiyi avtomobildə müştəri kimi əyləşmiş naməlum şəxsin ona zor tətbiq edərək 600 manat dəyərində mobil telefonunun ələ keçirildiyi barədə polisə müraciət edib.
Abşeron rayonu ərazisində soyğunçuluq hadisəsi qeydə alınıb. Belə ki, zərərçəkən idarə etdiyi avtomobildə müştəri kimi əyləşmiş naməlum şəxsin ona zor tətbiq edərək 600 manat dəyərində mobil telefonunun ələ keçirildiyi barədə polisə müraciət edib.
Gundem.today xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Abşeron Rayon Polis İdarəsi Qobu Polis Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər oğurluq və narkotiklə əlaqəli cinayətlərə görə məhkum olunmuş 26 yaşlı R.Dünyamalıyev müəyyən edilərək saxlanılıb.
Araşdırmalarla saxlanılan şəxsin rayon ərazisində daha bir nəfərin mobil telefonunu kəsici alətlə hədələyərək quldurluq yolu ilə ələ keçirdiyi məlum olub.
Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
KriminalBakıda 9-cu sinif şagirdi dayısı tərəfindən əxlaqsız hərəkətlərə məruz qalıb - DETALLAR
Bakıda tükürpərdici cinayət hadisəsi baş verib.
KriminalAna oğlunu öldürən ərini bağışladı: "Bir-birlərini çox istəyirdilər"
Gədəbəy rayonunun Slavyanka kəndində oğlunu öldürməkdə ittiham olunan atanın məhkəmə araşdırması sona çatıb.
KriminalXaçmazda meşədə gənc oğlan meyiti TAPILDI
Xaçmazda meşədə meyit tapılıb.
KriminalSabunçuda avtomobil nömrələrini oğurlayıb sahiblərindən pul tələb edən şəxslər saxlanılıblar - VİDEO
Paytaxtın Sabunçu rayonunda oğurluq hadisələri baş verib. Zərərçəkənlər polisə müraciət edərək onlara məxsus nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanlarının naməlum şəraitdə oğurlandığını bildiriblər. Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 13-cü Polis Şöbəsinin (PŞ) əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 33 yaşlı Həsən Səfərli müəyyən edilərək saxlanılıb.