Əsl dağ balı necə hazırlanır? - Kəlbəcərli müəllim danışdı - VİDEO
Cəmiyyət

Əsl dağ balı necə hazırlanır? - Kəlbəcərli müəllim danışdı - VİDEO

İndi
23:48
0 baxış
Paylaş:

Kəlbəcər doğma sakinlərinə qovuşur. Buraya köçən ailələr artıq öz el-obalarında təsərrüfat qurmağa başlayıblar.

Kəlbəcər doğma sakinlərinə qovuşur. Buraya köçən ailələr artıq öz el-obalarında təsərrüfat qurmağa başlayıblar.

Həmin sakinlərdən biri Ceyhun Əsgərovdur. O, Kəlbəcərdə arıçılıqla məşğuldur. Dağların qoynunda, saf təbiətin içində öz təsərrüfatını formalaşdırıb.

"2025-ci il sentyabrın 15-də "Böyük Qayıdış" Proqramına uyğun olaraq doğma vətənimizə qayıtmışıq. Burada həm müəllim kimi fəaliyyət göstərirəm, həm də öz təsərrüfatımı idarə edirəm. 2020-ci ildən etibarən Kənd Təsərrüfatı Nazirliyinin xətti ilə hər yay təsərrüfatımızı Kəlbəcərin yaylaqlarına gətiririk və məhsullarımızı buradan əldə edirik", - deyə o Baku TV-yə bildirib.

Kəlbəcər sakini hazırda təxminən 40 arısının olduğunu qeyd edib:

"Gəlib arılara nəzarət edirik. Qış dövründə dərmanlama aparırdıq. Hazırda isə arılara daha intensiv qulluq mərhələsi başlayıb".

C.Əsgərov vurğulayıb ki, Kəlbəcərin zəngin təbiəti balın keyfiyyətinə birbaşa təsir göstərir:

"Bunun əsas səbəbi burada minlərlə çiçək növünün olmasıdır. Arıların güclü olması üçün vitaminlər veririk. Arı nə qədər güclü olarsa, məhsulumuz da bir o qədər bol olar".

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Cəmiyyət#Böyük_Qayıdış#Baku_TV#Kənd_Təsərrüfatı_Nazirliyi

Oxşar Xəbərlər

Xəzərdə suyun səviyyəsinin azalması balıqçılıq sektoru üçün çətinliklər yaradıb - VİDEOCəmiyyət

Xəzərdə suyun səviyyəsinin azalması balıqçılıq sektoru üçün çətinliklər yaradıb - VİDEO

Son illər Xəzər dənizində suyun səviyyəsinin azalması və sahil xəttinin geri çəkilməsi bölgədə fəaliyyət göstərən balıq vətəgələri üçün ciddi çətinliklər yaradıb. Aparılan müşahidələr göstərir ki, bu proses həm iqtisadi, həm də ekoloji baxımdan əhəmiyyətli təsirlərlə müşayiət olunur.

İndi
01:000
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ: Xaricdən gətirilən avtomobillər gecikə və bahalaşa bilər - VİDEOCəmiyyət

Maşın almaq istəyənlərin NƏZƏRİNƏ: Xaricdən gətirilən avtomobillər gecikə və bahalaşa bilər - VİDEO

Yaxın Şərqdəki münaqişənin ilk təsiri artıq avtomobil daşımalarında hiss olunur. Xüsusilə Körfəz istiqaməti ilə ölkəmizə gətirilməli olan maşınlarda və ehtiyat hissələrində gecikmə riski artıb. Bu isə o deməkdir ki, Dubay üzərindən sifariş edilən avtomobillər əvvəlki müddətdə deyil, daha gec təhvil verilə bilər.

İndi
00:320
Lüks həyat tərzi ilə tanınan Heydər Yusifzadə vəzifəsindən AZAD EDİLDİCəmiyyət

Lüks həyat tərzi ilə tanınan Heydər Yusifzadə vəzifəsindən AZAD EDİLDİ

Adı müxtəlif qalmaqallarda hallanan prokuror Heydər Yusifzadə vəzifəsindən azad edilib.

İndi
22:560
Tikinti şirkəti vətəndaşın evini təhvil vermir? - VİDEOCəmiyyət

Tikinti şirkəti vətəndaşın evini təhvil vermir? - VİDEO

Köhnə evini satıb yeni mənzilə köçmək istəyən ailə üç ildir kirayələrdə yaşamağa məcbur qalıb. Fərəcovlar ailəsi ilə bağlanan müqaviləyə əsasən, altı ay ərzində onlara yeni ev hazır vəziyyətdə verilməli idi. Lakin bu müddət uzanıb. Bəs qarşı tərəf nə deyir?

İndi
22:321