
Ağsuda qadını öldürüb əkin sahəsinə atdılar: Polis iki nəfəri saxladı
Ağsu rayonunda qadın meyiti tapılıb.
Ağsu rayonunda qadın meyiti tapılıb.
Gundem.today-ın məlumatına görə, hadisə martın 23-də rayonun Muradlı kəndi ərazisindəki əkin sahəsində qeydə alınıb.
Belə ki, sahədə üzərində zorakılıq əlamətləri olan qadın meyiti aşkarlanıb. Araşdırmalar zamanı meyitin rayon sakini Zahirə Şükürovaya məxsus olduğu müəyyən edilib.
Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəxslər - 1977-ci il təvəllüdlü Əyyub Sahabov və 1977-ci il təvəllüdlü Seymur Məmmədov saxlanılaraq istintaqa təhvil veriliblər.
İlkin araşdırmalarla müəyyən edilib ki, şübhəli şəxslər zərərçəkmişlə aralarında yaranmış mübahisə zəminində ona qarşı zor tətbiq edərək qətlə yetiriblər.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Samir Əli
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
KriminalSabunçuda evdən 6300 dollar oğurlandı - Saxlanılan var
Sabunçu rayonu Maştağa qəsəbəsində bir nəfər yaşadığı evdən 6300 dollar pul vəsaitinin naməlum şəraitdə oğurlandığını bildirib.
KriminalBakıda silahdan atəş açılıb: Bir nəfər hadisə yerində ÖLÜB
Xəzər rayonunun Türkan qəsəbəsində silahlı insident baş verib. Hadisə nəticəsində bir nəfər həyatını itirib, bir nəfər isə yaralanaraq xəstəxanaya yerləşdirilib.
KriminalPaytaxtda ƏMƏLİYYAT: 10 kq narkotik vasitə və iki minə yaxın narkotik tərkibli həb aşkarlandı
Paytaxt ərazisində keçirilən növbəti tədbirlər zamanı əvvəllər məhkum olunmuş Tural Abdullayev, Murad Tağıyev, Turan Quliyev, Ceyhun Məmmədov, İsa Heydərov və Dövlət Dövlətov saxlanılıblar.
KriminalAltı yaşlı uşağa işgəncə verən ögey atanın cinayət işi: "Bu dəqiqə yemək hazırlamasan..." - FOTO
Bakıda 6 yaşlı ögey övladını yuxudan oyadıb xüsusi amansızlıqla döyərək öldürməyə cəhd edən Rəşad İsmayılovun cinayət işinin bəzi detalları məlum olub.