
Bakıda silahdan atəş açılıb: Bir nəfər hadisə yerində ÖLÜB
Xəzər rayonunun Türkan qəsəbəsində silahlı insident baş verib. Hadisə nəticəsində bir nəfər həyatını itirib, bir nəfər isə yaralanaraq xəstəxanaya yerləşdirilib.
Xəzər rayonunun Türkan qəsəbəsində silahlı insident baş verib. Hadisə nəticəsində bir nəfər həyatını itirib, bir nəfər isə yaralanaraq xəstəxanaya yerləşdirilib.
Gundem.today Musavat.com-a istinadən xəbər verir ki, hadisə Türkan-Zirə bağ massivinin ərazisində qeydə alınıb. Belə ki, Cavanşir adlı şəxs üç nəfərə odlu silahdan atəş açıb. Atəş nəticəsində zərərçəkənlərdən biri hadisə yerində ölüb. Digər bir nəfər isə müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya çatdırılıb. Yaralının vəziyyəti ilə bağlı hələlik rəsmi açıqlama verilməyib. Digər şəxs hadisə yerindən qaçıb.
İnsidenti törətməkdə şübhəli bilinən Cavanşir saxlanılıb. O, Xəzər Rayon Polis İdarəsinin 1-ci bölməsinin əməkdaşları tərəfindən tutulub və hazırda istintaqa cəlb edilib. Faktla bağlı Xəzər Rayon Prokurorluğunda cinayət işi başlanılıb. Prokurorluq və polis əməkdaşları hadisənin bütün təfərrüatını araşdırır. Hadisənin hansı səbəbdən baş verdiyi, tərəflər arasında əvvəlcədən mübahisənin olub-olmaması istintaqın gedişində müəyyənləşdiriləcək.
Saxlanılan şəxs - Cavanşir Türkan qəsəbəsinin sakinidir və uzun müddətdir həmin ərazidə yaşayır. O, əsasən qoyunçuluqla məşğul olur və Zirə-Türkan bağları adlanan ərazidə məskunlaşıb.
Hazırda hüquq-mühafizə orqanları hadisənin motivlərini və silahlı insidentin bütün iştirakçılarını müəyyənləşdirmək üçün əməliyyat-istintaq tədbirlərini davam etdirir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
KriminalPaytaxtda ƏMƏLİYYAT: 10 kq narkotik vasitə və iki minə yaxın narkotik tərkibli həb aşkarlandı
Paytaxt ərazisində keçirilən növbəti tədbirlər zamanı əvvəllər məhkum olunmuş Tural Abdullayev, Murad Tağıyev, Turan Quliyev, Ceyhun Məmmədov, İsa Heydərov və Dövlət Dövlətov saxlanılıblar.
KriminalAltı yaşlı uşağa işgəncə verən ögey atanın cinayət işi: "Bu dəqiqə yemək hazırlamasan..." - FOTO
Bakıda 6 yaşlı ögey övladını yuxudan oyadıb xüsusi amansızlıqla döyərək öldürməyə cəhd edən Rəşad İsmayılovun cinayət işinin bəzi detalları məlum olub.
KriminalKapitan Vüsal Sadıqov həbsdə qaldı
Ölkəyə dəniz yolu ilə külli miqdarda qaçaqmal siqaret keçirilməsi ilə bağlı ittiham olunan zabitlərdən daha birinin həbs müddəti uzadılıb.
KriminalBakıda yeniyetmə evində ölü tapıldı
Bakıda yeniyetmə evdə ölü halda tapılıb.