Son dəqiqə
Yeni Suraxanı qəsəbəsində yollar bərbad durumdadır: Sakinlərdən ŞİKAYƏT - VİDEOBakı-Qazax yolunda maşında Türkiyə vətəndaşının meyiti tapılıbNeft kəskin bahalaşmadan sonra yenidən UCUZLAŞDIRöya Ayxanın stilistini öldürən şəxs qərardan narazıdır - FOTOBakıda sinif yoldaşı tərəfindən yandırılan şagirdin vəziyyəti AÇIQLANDIYaponiyada güclü zəlzələ: Yaralananlar var
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. Ağxalatlı sehrbazlar
Ağxalatlı sehrbazlar
Cəmiyyət

Ağxalatlı sehrbazlar

Bu gün
20:48
0 baxış
Paylaş:

Kubra Məhərrəmova yazır...

Kubra Məhərrəmova yazır...

Deyirlər ki, həkimlər soyuqqanlı olurlar. Hətta çoxu deyir ki, pasiyentin yaxınlarına ölüm xəbərini elə çatdırırlar ki, sanki heç adam ölməyib. Sıradan, adi bir hadisə baş verib.

Amma əslində bir pasiyentin yaşaması üçün həkimlər və tibb işçiləri ən balaca şansa qədər vuruşurlar. Sadəcə bağlı qapılar arxasında olur deyə, çox zaman insanlar ancaq nəticəni görürlər. O da ya yaxşı olur, ya da...

Deyirlər ki, həkimlər yeganə varlıqdır ki, ölüm mələyindən qorxmur. Çünki onunla köhnə rəqibdirlər. Çox olub axı, insanları ən son anda o dünyanın astanasından qoparıb salıblar yerə.

Bəli, yerlə-göy arasında qalan adamları...

Sosial şəbəkələrdə ürək masajı edilərək bir insanın həyata qaytarılması üçün var gücü ilə çarpışan həkimlərin videoları xeyli sayda mövcuddur.

Bu hadisələr dünyanın hər yerində baş verir. Ən müxtəlif dillərdə danışan həkimlər, tibb bacıları, qardaşları komanda şəklində dayanmış ürəyin yenidən işə düşməsi üçün eyni qaydada protokolu həyata keçirirlər. Onlar üçün yenidən işə düşən hər bir ürək, geri qayıdan pasiyent ölümlə savaşın nəticəsidir.

Yəqin fikir vermisiniz, həkimlər tez qocalırlar. Saçları da tez ağarır. Gözlərində işıq da azalır sanki. Onlar ölümü elə yaxından görüblər ki, artıq heç nə onları təəccübləndirmir.

Sizə rahat gəlməsin hər gün ölümlə mərcə girmək. Pasiyent ya həkimdə qalacaq, ya da ölüm mələyinin müştərisi olacaq. Hər gün eyni mübarizə. Ölüm isə dünya qədər qocadır. Həkimlər isə cavan. İndi gəl baş çıxar bu qeyri-bərabər oyunda.

Ailəmizdə həkimlər olduğu üçün bu işin necə ağır olduğunu öz gözümlə görmüşəm. Çox vaxt ölüm həkimlə zarafat edir. Ağır vəziyyətdə olan pasiyentin vəziyyəti stabilləşir, müalicəyə tabe olur, hətta reanimasiyadan palataya köçürülür, həkim düşünür ki, adamı qopartdım ölüm mələyinin əlindən və gözlənilmədən saturasiya düşür, təzyiq düşür, ölüm pasiyenti aparır...

Çarəsizlik, həyatı ölümə uduzmaq...

Bu gün sosial şəbəkələrdə daha bir döyüşü gördüm. Göz yaşları olmadan baxa bilmədiyim video. Bir qrup cavan həkim elə xəstəxananın həyətində pasiyenti ölümün əlindən qoparırdı. Cırmaq-cırmaq qoparırdı. Hər bir saniyə üçün vuruşurdu. Əgər bu bir film olsaydı, ağ və qara tərəflərin çarpışmasını yerdə-göydə görərdik. Sanki iki böyük ordu qarşı-qarşıya gəlib və ölüm-dirim savaşına girib.

Bu gün Neftçilər Xəstəxasının həyətində məhz bu baş verdi. Ağ tərəf axıra qədər mübarizə apardı, qopardı adamı qaranlıq dünyadan.

Lap nağıldakı kimi işıqlı dünyaya qaytardılar adamı.

Bir insanın həyata qayıtmasından vacib və gözəl heç nə yoxdur. Çünki bu dünyanın ən gözəl neməti yaşamaqdır. Hətta "yaşamaq istəmirəm" deyənlər də ən son anda həkimlərə yalvarır ki, xilas olunsunlar. Lakin bəzən ən peşəkar, təcrübəli həkim belə ölüm qarşısında silahsız olur. Bəlkə də o məqamlarda bu qədər biliyin, təcrübənin mənasız olmasını da düşünür. Onsuz da sonu bioloji ölümdür deyə.

Amma istərdim ki, bu çətin dünyada həkimlər bilsin ki, adi insan üçün bir gün belə artıq yaşamaq bəzən bir dünya olur. Kimsə uzaqdan gələn doğmasını görmədən getmək istəmir. Kimsə sonuncu sözünü demədən ayrılmaq istəmir. Kimsə də ən doğma damını qucaqlamadan vidalaşmaq istəmir.

Ona görə də bizə siz lazımsınız. Ağxalatlı sehrbazlar... Son anı yaşamaq, sevmək, demək, vidalaşmaq üçün... Qəlbinizdəki mərhəmət və sevgi heç vaxt sönməsin. Bağrıma basıram bərk-bərk.

Arzu edirəm ki, həmişə olmasa da, daha çox siz qalib gələsiniz. Ürəkləri yenidən işə salıb insanlara işıq bəxş edəsiniz.

Lap mahnıdakı kimi:

Uzağın da adı var,

Uzağın adı sənsən,

Sənsizlik çətin gəlir, dostum, mənə,

Uzağı yaxın elə, Sehrbaz, Sehrbaz.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Cəmiyyət#Kubra_Məhərrəmova#Sosial_şəbəkələr#Həkim#Ürək_xəstəlikləri

Oxşar Xəbərlər

Yeni Suraxanı qəsəbəsində yollar bərbad durumdadır: Sakinlərdən ŞİKAYƏT - VİDEOCəmiyyət

Yeni Suraxanı qəsəbəsində yollar bərbad durumdadır: Sakinlərdən ŞİKAYƏT - VİDEO

Bakı şəhərinin Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 14 iyul küçəsində yol infrastrukturunun acınacaqlı vəziyyəti sakinlərin narazılığına səbəb olub.

Bu gün
11:280
Bakıda sinif yoldaşı tərəfindən yandırılan şagirdin vəziyyəti AÇIQLANDICəmiyyət

Bakıda sinif yoldaşı tərəfindən yandırılan şagirdin vəziyyəti AÇIQLANDI

Aprelin 20-də 286 nömrəli tam orta ümumtəhsil məktəbində sinif yoldaşı tərəfindən yandırılan şagirdin vəziyyəti açıqlanıb.

Bu gün
11:120
Bakı-Ağstafa-Bakı istiqamətində əlavə ENDİRİMLİ REYSLƏR təyin ediləcəkCəmiyyət

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə ENDİRİMLİ REYSLƏR təyin ediləcək

Sərnişin tələbatını təmin etmək məqsədilə 25 və 26 aprel tarixlərində Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin ediləcək.

Bu gün
10:520
Qobustanda bir ailənin dörd üzvü ZƏHƏRLƏNDİCəmiyyət

Qobustanda bir ailənin dörd üzvü ZƏHƏRLƏNDİ

Qobustan rayonunda bir ailənin dörd üzvü zəhərlənib.

Bu gün
10:440