
Röya Ayxanın stilistini öldürən şəxs qərardan narazıdır - FOTO
Bakıda stilist Orxan Seyidovu qətlə yetirməkdə ittiham olunan Pərviz Həsənovun barəsindəki qərardan kassasiya şikayəti verilib.
Bakıda stilist Orxan Seyidovu qətlə yetirməkdə ittiham olunan Pərviz Həsənovun barəsindəki qərardan kassasiya şikayəti verilib.
Gundem.today Pravda.az-a istinadla xəbər verir ki, şikayət Ali Məhkəmənin hakimi İlqar Cəfərovun sədrliyi ilə araşdırılacaq.
İttihama görə, hadisə ötən ilin martında paytaxtın Xətai rayonunda qeydə alınıb.
1988-ci il təvəllüdlü Orxan Seyidov şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı 1999-cu il təvəllüdlü Pərviz Həsənov tərəfindən çox sayda bıçaq xəsarəti yetirilərək öldürülüb.
İstintaq orqanı tərəfindən Pərviz Həsənovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Pərviz Həsənov 17 il müddətinə azadlıqdan məhrum edilib.
Sosial mediada yayılan xəbərlərdə bildirilib ki, mərhum Orxan Seyidov stilist kimi fəaliyyət göstərib. Bəzi xəbər portallarında bir zaman onun tanınmış müğənni Röya Ayxanın stilisti olması barədə xəbərlər yayılıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
KriminalBakıda kafe sahibini bıçaqlayana hökm oxunub - FOTO
Kafe sahibini bıçaqlayaraq qəsdən sağlamlığa ağır zərərvurmada təqsirləndirilən Ağa Cəfərovun məhkəməsi yekunlaşıb.
KriminalRəis müavininin adı keçən sifarişli qətl işi üzrə kassasiya şikayəti verildi
Bakıda iş adamını sifarişlə qətlə yetirməkdə təqsirləndirilən Əhəd Salahovun barəsindəki qərardan kassasiya şikayəti verilib.
KriminalƏhməd Əhmədov tibb müəssisəsindən azadlığa buraxılıb? - RƏSMİ
"Bəzi sosial şəbəkə subyektləri tərəfindən 13.02.2024-cü il tarixdə paytaxtın Xətai rayonunda 5 nəfər ailə üzvünü qəsdən öldürmüş Əhməd Əhmədovun saxlanıldığı tibb müəssisəsindən azad olunması barədə həqiqətə uyğun olmayan məlumatlar yayılıb".
KriminalSələmçi qadını və onun ərini öldürən ömürlük məhkumun işi Ali Məhkəmədə
Xaçmaz rayonunun Yalama kəndində iki nəfəri öldürərək evi yandırmaqda təqsirləndirilən Ramin Ağaxanovun barəsindəki qərardan kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edilib.