
Ailə başçısını itirən tələbələrlə bağlı VACİB QƏRAR
Ailə başçısını itirməyə görə aylıq pensiya və ya müavinət alan ailənin əyani təhsil alan övladlarına bu sosial ödəniş onların 23 yaşı tamam olanadək ödənilir. Bunun üçün əgər əvvəllər onlardan oxuduqları təhsil müəssisələrindən hər il arayış təqdim etmələri tələb olunurdusa, artıq bu tələb ləğv edilib.
Ailə başçısını itirməyə görə aylıq pensiya və ya müavinət alan ailənin əyani təhsil alan övladlarına bu sosial ödəniş onların 23 yaşı tamam olanadək ödənilir. Bunun üçün əgər əvvəllər onlardan oxuduqları təhsil müəssisələrindən hər il arayış təqdim etmələri tələb olunurdusa, artıq bu tələb ləğv edilib.
Gundem.today xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) məlumat yayıb.
Bildirilib ki, ƏƏSMN-in tabeliyində DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi və Dövlət Sosial Müdafiə Fondunun (DSMF) tətbiq etdiyi yeni rəqəmsal həll nəticəsində proses tam avtomatlaşdırılıb.
Vəfat etmiş və ya həlak olmuş şəxslərin ölkə daxilində əyani təhsil alan 23 yaşadək övladlarının əyani təhsil almaları barədə məlumatlar Dövlət İmtahan Mərkəzinin (DİM) "Tələbə-Məzun" informasiya bazasından e-qaydada əldə olunur. Bununla da qeyd edilən ödənişin davam etdirilməsi prosesi avtomatik təmin olunur.
Təhsil statusu hər ay avtomatik yenilənir, ödənişlərin davam etdirilməsi üçün arayış təqdim olunmasına ehtiyac qalmır.
Bu yenilik nəticəsində əyani təhsil alan ümumilikdə 11.5 mindən çox şəxsə ailə başçısını itirməyə görə pensiya və müavinət ödənişi müddəti arayış tələb edilmədən avtomatik uzadılıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətAlkoqolsuz içkilərin emalı sexində YOXLAMA: İstehsal dayandırıldı - FOTO
Bakı şəhərinin Suraxanı rayonu, A.Pəri küçəsi 303A ünvanında fəaliyyət göstərən, fiziki şəxs İbrahimov Lətif Əlif oğluna məxsus alkoqolsuz içkilərin emalı müəssisəsində yoxlama keçirilib.
CəmiyyətTürkiyədə məktəb faciələri: Psixoloq səbəbləri və həll yollarını AÇIQLADI
Son günlər Türkiyədə məktəblərdə baş verən silahlı hücumlar əsas müzakirə mövzularından birinə çevrilib. Qısa zaman ərzində qardaş ölkədə ard-arda qeydə alınan bu cür hadisələr həm təhlükəsizlik, həm də yeniyetmələrin psixoloji vəziyyəti ilə bağlı ciddi suallar doğurur.
CəmiyyətYollarda görünüş məsafəsi məhdudlaşacaq
Aprelin 17-də gecə və səhər saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.
CəmiyyətPaytaxtın hansı küçələrində sıxlıq var? - FOTO - 16.04.2026
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.