Son dəqiqə
ABŞ Hörmüzdəki "Azadlıq" əməliyyatında iştirak üçün 15 000 əsgər göndərəcəkQəbələdə WUF13 Festivalı başlayıb - FOTOKənd təsərrüfatı torpaqlarında bitkilərin kəsilməsinə görə kompensasiya bəzi hallarda ləğv edilirDünən keçirilən imtahanın düzgün cavabları AÇIQLANDIABŞ-də bloqer aviaşirkəti xilas etmək üçün 22 milyon dollar topladıParlamentlərarası İttifaqın baş katibi Zəfər parkını ziyarət edib - FOTO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. Ali məktəbə qəbul olmaq istəyən subbakalavrların nəzərinə - DİM-dən XƏBƏRDARLIQ
Ali məktəbə qəbul olmaq istəyən subbakalavrların nəzərinə - DİM-dən XƏBƏRDARLIQ
Cəmiyyət

Ali məktəbə qəbul olmaq istəyən subbakalavrların nəzərinə - DİM-dən XƏBƏRDARLIQ

Bu gün
10:46
0 baxış
Paylaş:

Ali təhsil müəssisələrinə qəbul olmaq istəyən subbakalavrların qeydiyyatına start verilib.

Ali təhsil müəssisələrinə qəbul olmaq istəyən subbakalavrların qeydiyyatına start verilib.

Gundem.today xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.

Elektron ərizələrin qəbulu 2 avqust 2026-cı il tarixinədək internet vasitəsilə aparılır.

Bildirilib ki, subbakalavrlar Dövlət İmtahan Mərkəzinin internet saytının ekabinet.dim.gov.az səhifə­sin­də "Şəxsi kabinet" yaratdıqdan (kabineti olmayanlar) sonra şəxsi kabi­netinin istifadəçi adı və parolundan istifadə etmək­lə DİM-in mü­va­fiq internet səhifəsinə daxil olub "Subbakalavrın elektron ərizəsi" formasını (https://eservices.dim.gov.az/erizebak/subbak/subbak.aspx) təsdiq edirlər.

Subbakalavra aid təhsil məlumatları "Tələbə-Məzun" dövlət elektron məlumat sistemindən avtomatik əldə olunur.

Bu məlumatları tam olmayan subbakalavrlar elektron ərizəsinə daxil olub "Yadda saxla" düyməsini basdıqdan sonra bitirdiyi orta ixtisas təhsili müəssisəsinə avtomatik elektron sorğu göndəriləcək. Tələb olunan məlumatlar orta ixtisas təhsili müəssisəsinin məsul şəxsləri tərəfindən sistemə yerləşdirildikdən sonra subbakalavrın şəxsi kabinetində qeyd etdiyi nömrəyə "sms" xəbərdarlıq gələcək. Bundan sonra subbakalavrlar elektron ərizəni təsdiq etməlidirlər. Təhsil müəssisələri sistemə daxil edilmiş bu məlumatların həqiqiliyinə görə məsuliyyət daşıyır.

Xatırladaq ki, "Şəxsi kabinet"ində qeyd olunan mobil telefon nömrəsi subbakalavrın özünə məxsus deyilsə və ya nömrə dəyişilibsə, həmin subbakalavr "Şəxsi kabinet"dəki "Əlaqə məlumatları" bölməsində mobil telefon nömrəsinə düzəliş etməlidir.

Qeyd olunan tarixlərdə ərizəsini təsdiq etməyən subbakalavrlar müsabiqəyə buraxılmayacaqlar.

Müsabiqədə iştirak ödənişsizdir.

1996-2008-ci il təvəllüdlü (30.04.2008-ci il tarixinədək anadan olmuş) 30 yaşınadək olan kişi cinsli subbakalavrın elektron ərizələrinin təsdiqi üçün onların ya müddətli həqiqi hərbi xidmət keçməsi, ya çağırışdan möhlət hüququnun olması (təhsilə görə verilmiş möhlət istisna olmaqla), ya çağırışdan azad edilməsi və ya müddətli həqiqi hərbi xidmətə çağırılmama və ya müvəqqəti çağırılmaması barədə məlumat Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) vahid elektron informasiya sistemində əks olunmalıdır.

30.04.2008-ci il tarixindən sonra doğulmuş və ya 30 yaşı tamam olmuş subbakalavrların elektron ərizələri SHXÇDX-in vahid elektron informasiya sisteminə sorğu verilmədən təsdiq edilir. Hərbi qeydiy­yatın aparıl­ması Azərbaycan Respub­likasının SHXÇDX tərəfindən təsdiq edilən qaydalarla tənzimlənir.

Qeyd edək ki, qəbul imtahanlarında iştirak etmədən ali təhsil müəssisələrinə qəbul olmaq istəyən subbakalavrlar cari ildə imtahan verərək ali təhsil müəssisələrinin müsabiqəsində iştirak etmək istəyən abituriyentlərlə eyni vaxtda (tarixlər elan olunacaq) ixtisas seçimində (müsabiqədə) iştirak edəcəklər.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Cəmiyyət#subbakalavr_qeydiyyatı#ali_məktəblərə_qəbul#DİM_elektron_ərizə#universitetlərə_imtahansız_qəbul#Dövlət_İmtahan_Mərkəzi#ixtisas_seçimi#subbakalavrların_qəbul_qaydaları#tələbə_qəbulu.

Oxşar Xəbərlər

Qəbələdə WUF13 Festivalı başlayıb - FOTOCəmiyyət

Qəbələdə WUF13 Festivalı başlayıb - FOTO

Ölkə ictimaiyyətinin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) haqqında məlumatlandırılması məqsədi ilə mayın 4-də Qəbələ rayonunda WUF13 Festivalına start verilib.

Bu gün
12:030
Dünən keçirilən imtahanın düzgün cavabları AÇIQLANDICəmiyyət

Dünən keçirilən imtahanın düzgün cavabları AÇIQLANDI

Dünən keçirilən keçirilən Azərbaycan dili (dövlət dili kimi) fənni üzrə imtahanda istifadə edilmiş qapalı tipli test tapşırıqlarının doğru cavabları açıqlanıb.

Bu gün
11:590
Azərbaycanda onlarla aptekdə NÖQSANLAR aşkarlanıbCəmiyyət

Azərbaycanda onlarla aptekdə NÖQSANLAR aşkarlanıb

2026-cı ilin aprel ayında Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi (AEM) tərəfindən ümumilikdə 137 aptekdə yoxlama aparılıb. Yoxlamalardan 4-ü Bakı şəhərində, 133-ü isə respublikanın digər şəhər və rayonlarında yerləşən apteklərdə həyata keçirilib.

Bu gün
11:420
Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdürCəmiyyət

Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür

Mayın 4-ü Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür.

Bu gün
11:340