
Alina Xələfova: "Vacib məqam odur ki, uşaqlar ideyalarını real səhnədə nümayiş etdirsinlər"
"Bugünkü startap forum sayca altıncıdır. Bizim məktəbin tələbələri münsiflər heyəti qarşısında iki kateqoriyada çıxış edirlər. Ümumilikdə isə bu gün 20 komanda səhnəyə çıxacaq".
"Bugünkü startap forum sayca altıncıdır. Bizim məktəbin tələbələri münsiflər heyəti qarşısında iki kateqoriyada çıxış edirlər. Ümumilikdə isə bu gün 20 komanda səhnəyə çıxacaq".
Bunu Gundem.today-a açıqlamasında "MiniBoss Business School Baku"nun direktoru Alina Xələfova deyib.
O bildirib ki, birinci kateqoriyada 11, ikinci kateqoriyada isə 9 komanda yer alır:
"Birinci kateqoriya daha çox biznesə yönələn layihələr sayılır, ikinci kateqoriya isə həm qlobal, həm biznes ideyası olan proyektlərdir. Burada əsas vacib məqam odur ki, uşaqlar ilboyu işlədikləri ideyaları real səhnədəki çıxışda nümayiş etdirsinlər. Bu, onların bacarıqlarını inkişaf etdirir, biliklərini və özünə inamlarını artırır".
"Bu layihələrə qrant ayrılacaq. Həmin vəsaitlə bu layihələr həyata keçir. İyun ayında milli çempionatda onlar artıq real məhsullarla münsiflərin qarşısında çıxış edəcəklər", - deyə direktor bildirib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətPaytaxtın mərkəzində və qəsəbələrində iməcilik keçirilib - FOTO
Bakı şəhərinə yağan yağışlardan sonra onun fəsadlarının aradan qaldırılması və səhərin sanitar-təmizlik səviyyəsinin lazımı səviyyəyə çatdırılması məqsədilə aprelin 11-də Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən paytaxtda növbəti daxili iməcilik keçirilib.
CəmiyyətAvtoqəzalarda ölənlərin üçdə biri KƏMƏR BAĞLAMAYANLARDIR - DYP-dən XƏBƏRDARLIQ
Müasir avtomobillər uzun inkişaf yolu keçsələr də, passiv qoruyucu sistemə aid olan təhlükəsizlik kəməri bu gün də sürücü və sərnişinləri mühafizə edən əsas vasitələrdən biridir.
CəmiyyətSəhiyyə Nazirliyinin nevroloqu: "Parkinson xəstəliyini necə tanımaq olar?" - FOTO
Hər il aprelin 11-də qeyd olunan Ümumdünya Parkinson Xəstəliyi ilə Mübarizə Günü bu xəstəlik barədə maarifləndirmənin artırılması, erkən diaqnostikanın təşviqi və xəstələrə göstərilən dəstəyin gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
CəmiyyətNərminə Həsənova: "Əsas işimiz uşaqların biznes üzrə potensialını aşkarlayıb nümayiş etdirməkdir"
"Bu gün "MiniBoss" Biznes Məktəbi tərəfindən startap biznes forumu təşkil olunur. Bu, bizim altıncı biznes forumumuzdur və burada 20 layihə təqdim olunacaq. Ümumilikdə isə altı il ərzində 90-dan çox layihə baş tutub".