
Paytaxtın mərkəzində və qəsəbələrində iməcilik keçirilib - FOTO
Bakı şəhərinə yağan yağışlardan sonra onun fəsadlarının aradan qaldırılması və səhərin sanitar-təmizlik səviyyəsinin lazımı səviyyəyə çatdırılması məqsədilə aprelin 11-də Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən paytaxtda növbəti daxili iməcilik keçirilib.
Bakı şəhərinə yağan yağışlardan sonra onun fəsadlarının aradan qaldırılması və səhərin sanitar-təmizlik səviyyəsinin lazımı səviyyəyə çatdırılması məqsədilə aprelin 11-də Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən paytaxtda növbəti daxili iməcilik keçirilib.
Gundem.today xəbər verir ki, şəhər mərkəzindəki prospekt və küçələrlə yanaşı paytaxt qəsəbələrinin də küçələri yuyulub, orada əsaslı təmizlik işləri görülüb.
BŞİH-nin bu barədə açıqlamasında qeyd edilir:
"Səhər saatlarından Bakı Şəhər İcra Hakimiyyəti Kommunal təsərrüfat xidmətlərinin texnikası bitki və canlılara zərər verməyən yuyucu maddələrlə küçələrin yuyulmasını aparıb.
Həmçinin səki kənarlarının, bordürlərin və buradakı işıq dirəklərinin, məhəccərlərin, park və istirahət yerlərində oturacaqların yuyulması həyata keçirilib, həyət və yaşayış məhəllələrində təmizlik işləri görülüb. Yol kənarlarındakı ictimai-iaşə, ticarət və digər obyektlərin vitrinləri təmizlənib, ətrafında səliqə-sahman işləri aparılıb.
Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları yol və prospektlərin kənarlarındakı ağacların və yaşıllıqların üzərinə yığılan toz-torpağın yuyulması, onlara aqrotexniki qulluq göstərilməsini də həyata keçiriblər, zədələnən budaqları budayıblar. Eyni zamanda, rəngbərəng güllər əkilib, müxtəlif kompozisiyalar yaradılıb.
Ümumilikdə, paytaxtın bütün rayonlarını əhatə edən genişmiqyaslı təmizlik işləri yağan yağıların fəsadlarının tam şəkildə aradan qaldırılması və Bakı şəhərinin sanitar vəziyyətinin daha da yüksəldirilməsinə öz töhfəsini verib".
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətTovuzda üç uşağından imtina edən qadın himayəyə verildi
Tovuz rayonunda 3 azyaşlı uşağından imtina edən və sonradan xəstəxanaya yerləşdirilən qadın qohumlarının himayəsinə verilib.
CəmiyyətSabah 15 dərəcə isti olacaq - 12.04.2026
Azərbaycanda aprelin 12-də gözlənilən hava şəraiti açıqlanıb.
CəmiyyətSalyanda tanınmış həkim vəfat etdi - FOTO
Salyanda tanınmış kardioloq Həsənağa Bağırov vəfat edib.
CəmiyyətAvtoqəzalarda ölənlərin üçdə biri KƏMƏR BAĞLAMAYANLARDIR - DYP-dən XƏBƏRDARLIQ
Müasir avtomobillər uzun inkişaf yolu keçsələr də, passiv qoruyucu sistemə aid olan təhlükəsizlik kəməri bu gün də sürücü və sərnişinləri mühafizə edən əsas vasitələrdən biridir.