Son dəqiqə
"Spotify"nin işində problemlər yaranıbSülh və Yerablur arasında qalan Ermənistan: Koçaryana cavab - VİDEOAzərbaycan Texnologiya Universitetinin baş müəllimi vəfat edibABŞ-nin İrana qarşı əməliyyatlara çəkdiyi xərclərin məbləği açıqlandıBöyük Britaniya Xarici İşlər Nazirliyi rusiyalı diplomatın akkreditasiyasını ləğv edibBelçikanın müdafiə naziri Trampı haqlı saydı: NATO barədə sərt sözlər
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Siyasət
  3. Allahşükür Paşazadə: "Ümumdünya Kilsələr Şurası sülh prosesinin pozulmasında alət kimi istifadə olunur"
Allahşükür Paşazadə: "Ümumdünya Kilsələr Şurası sülh prosesinin pozulmasında alət kimi istifadə olunur"
Siyasət

Allahşükür Paşazadə: "Ümumdünya Kilsələr Şurası sülh prosesinin pozulmasında alət kimi istifadə olunur"

Bu gün
19:08
0 baxış
Paylaş:

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə Ümumdünya Kilsələr Şurasının (ÜKŞ) 23 aprel tarixli bəyanatında əks olunmuş anti-Azərbaycan iddiaları ilə bağlı Şuranın baş katibinə məktub göndərib.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə Ümumdünya Kilsələr Şurasının (ÜKŞ) 23 aprel tarixli bəyanatında əks olunmuş anti-Azərbaycan iddiaları ilə bağlı Şuranın baş katibinə məktub göndərib.

Gundem.today xəbər verir ki, məktubda Şura tərəfindən Azərbaycana münasibətdə regionda baş vermiş son hadisələrin ciddi şəkildə təhrif edildiyi qeyd olunub.

Məktubda belə yanaşmanın qəbuledilməz olduğu bildirilib.

"Təmaslarımız zamanı etiraf etmişdiniz ki, erməni kilsələri mütəmadi olaraq sizə təsir etməyə cəhd göstərir. Təəssüf ki, görünür bu cəhdlər öz "bəhrəsini" verməkdədir və ÜKŞ həqiqətə uyğun olmayan və sülh prosesini pozan qızışdırıcı təbliğatın aparılmasında və məsələyə süni şəkildə dini çalarlar gətirmək cəhdlərində alət kimi istifadə olunmaqdadır.

1993-cü ilin 8 fevral tarixində Montrödə ÜKŞ-nin vasitəçiliyi ilə görüşdə o vaxtkı bütün ermənilərin Katolikos-Patriarxı I Vazgen ilə imzaladığımız Birgə Kommünikedə bəyan etmişdik ki, "günahsız qanların tökülməsi ilə nəticələnən bu münaqişəni xristian-müsəlman qarşıdurması kimi qiymətləndirən bəzi cəhdlərə baxmayaraq, bu, dini münaqişə deyil. Xristian ermənilər və müsəlman azərbaycanlılar bundan sonra da sülh, qarşılıqlı hörmət və mehriban qonşuluq şəraitində yaşamalıdırlar. Bu mövqeyimiz o zaman ÜKŞ tərəfindən birmənalı olaraq dəstəklənib.

Əfsuslar olsun ki, sizin ÜKŞ-yə rəhbərliyiniz dövründə təşkilatınız erməni kilsəsi ilə bizim aramızda barışığa xidmət edən addımlar atmır".

Məktubda xatırladılıb ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində Azərbaycan ərazilərinin 20%-i 30 ilə yaxın müddətdə işğal altında qalıb, azərbaycanlılara qarşı kütləvi qırğınlar törədilib və bir milyondan artıq soydaşımız öz doğma torpaqlarından zorla didərgin düşüb:

"BMT Təhlükəsizlik Şurası Ermənistanın Azərbaycana qarşı təcavüzünü qətiyyətlə pisləyən 4 qətnamə qəbul edib və erməni silahlı birləşmələrinin dərhal, tamamilə və qeyd-şərtsiz işğal olunmuş ərazilərimizdən çıxarılmasını tələb edib.

2020-ci ildə Azərbaycan beynəlxalq hüquq normalarına, BMT Nizamnaməsinə və Təhlükəsizlik Şurasının məlum qətnamələrinə əsasən öz əzəli torpaqlarını işğaldan azad edib. 2023-ci ilin sentyabrında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın bir sıra bölgələrində törədilən genişmiqyaslı silahlı təxribata cavab olaraq Azərbaycan, həyata keçirdiyi bir günlük anti-terror əməliyyatından sonra öz suverenliyini tam bərpa edib.

Bununla əlaqədar, Azərbaycanın tarixi torpaqlarını erməni ərazisi kimi təqdim etmək beynəlxalq hüququn pozulması və tarixi reallıqlara məhəl qoymamaqdır. Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri 2022-ci ilin oktyabrında Praqa görüşü nəticəsində verilmiş bəyanatda hər iki tərəfin bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıdığı vurğulayıb, Ermənistanın Baş naziri Qarabağın Azərbaycanın tərkib hissəsi olmasını rəsmən bildirib. Ötən ilin avqust ayında Vaşinqton Sammiti zamanı Azərbaycanla Ermənistan arasında paraflanmış sülh sazişində birmənalı olaraq hər iki ölkənin ərazi bütövlüyü və suverenliyinə hörmət ifadə olunur. Buna baxmayaraq, erməni kilsəsi hər zaman olduğu kimi, Qarabağın Azərbaycanın suveren ərazisi olması faktını qəbul etmir, erməniləri işğalçılıq siyasətinə, aqressiv separatizmə və revanşizmə çağırır, bu da, öz növbəsində iki ölkə arasında sülh prosesinə ciddi maneələr yaradır.

Bununla yanaşı, ÜKŞ bəyanatında guya erməni sakinlərin Qarabağdan zorla qovulduğu və onların hüquqlarının tapdalandığı barədə iddialar da tamamilə əsassızdır. Vurğulamaq istərdim ki, 2023-cü il anti-terror tədbirlərindən dərhal sonra BMT tərəfindən bölgəyə səfər etmiş missiyalar bu ərazidə dinc əhaliyə, mülki infrastruktura qarşı zorakılığın tətbiq olunmadığını təsdiq ediblər. Erməni təbliğatının dezinformasiyalarına baxmayaraq, beynəlxalq müşahidəçilərin də təsdiq etdiyi kimi, Azərbaycanın Qarabağ bölgəsində mülki əhaliyə qarşı heç-bir təzyiq və ya zorakılıq göstərilməyib və onlar bu ərazini könüllü olaraq tərk ediblər.

Bəyanatda eyni zamanda, Azərbaycanın ərazilərində dini və mədəni irsə münasibətdə səsləndirilən iddialar da əsassızdır. Əsrlər boyu Azərbaycanda pravoslav, katolik və yəhudi icmaları da daxil olmaqla, müxtəlif dinlərə məxsus ibadət yerləri və icmalar sərbəst fəaliyyət göstərib. Ölkəmiz öz ərazisində yerləşən bütün dini abidələrin, məscidlərin, kilsələrin və sinaqoqların heç bir fərq qoyulmadan qorunmasını və bərpasını təmin edir. Eyni zamanda Şuşada yerləşən erməni Qazançı kilsəsinin yenicə bərpa edilməsini, habelə bütün münaqişə boyunca Bakıda yerləşən erməni kilsəsinin dövlət tərəfindən mühafizə edilməsini xüsusilə vurğulamaq lazımdır. Bununla yanaşı, işğal dövründə Azərbaycanın məscid və digər dini-mədəni abidələrinin sistemli şəkildə dağıdılması faktlarının beynəlxalq dini qurumlar tərəfindən diqqətə alınmaması da təəssüf doğurur".

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Siyasət#Qafqaz_Müsəlmanları_İdarəsi_(QMİ)#Allahşükür_Paşazadə#Azərbaycan_və_Ermənistan#Qarabağ

Oxşar Xəbərlər

Sülh və Yerablur arasında qalan Ermənistan: Koçaryana cavab - VİDEOSiyasət

Sülh və Yerablur arasında qalan Ermənistan: Koçaryana cavab - VİDEO

Ermənistanda parlament seçkisi ərəfəsində Paşinyanın başçılıq etdiyi sülh kursunun tərəfdarları ilə keçmişi ideallaşdırmağa və müharibəyə görə məsuliyyəti hazırkı hakimiyyətin üzərinə yıxmağa cəhd göstərən Koçaryanın başçılıq etdiyi revanşist qüvvələr arasında mübarizə güclənir.

Bu gün
19:520
Leyla Əliyeva Şəkiyə səfərindən paylaşım edib - FOTOSiyasət

Leyla Əliyeva Şəkiyə səfərindən paylaşım edib - FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Şəki şəhərinə səfər ediblər.

Bu gün
18:520
Azərbaycan və Ermənistan delimitasiya üzrə layihələri razılaşdırıb və mübadilə ediblərSiyasət

Azərbaycan və Ermənistan delimitasiya üzrə layihələri razılaşdırıb və mübadilə ediblər

Aprelin 29-da Ermənistan Respublikasında, Ağverəndə Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Respublikasının Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın on üçüncü iclası keçirilib

Bu gün
18:080
Səhiyyə Nazirliyinə yeni səlahiyyət verildiSiyasət

Səhiyyə Nazirliyinə yeni səlahiyyət verildi

"Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" 30 dekabr 2022-ci il tarixli qanunun tətbiqi barədə 31 yanvar 2023-cü il tarixli fərmanda dəyişiklik edilib.

Bu gün
17:190