
Böyük Britaniya Xarici İşlər Nazirliyi rusiyalı diplomatın akkreditasiyasını ləğv edib
Böyük Britaniya hökuməti Londondakı Rusiya səfirliyinin əməkdaşının akkreditasiyasını ləğv edib.
Böyük Britaniya hökuməti Londondakı Rusiya səfirliyinin əməkdaşının akkreditasiyasını ləğv edib.
Gundem.today bildirir ki, bu barədə Böyük Britaniya Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.
Məlumata görə, Londonun bu addımı Moskvanın ötən ay britaniyalı diplomatı ölkədən çıxarmaq qərarı ilə bağlıdır, hansı ki, Rusiya FTX-nin (Federal Təhlükəsizlik Xidməti) əməkdaşları onda kəşfiyyat fəaliyyətinin əlamətlərini aşkar etmişdilər.
"Bununla əlaqədar olaraq, biz Rusiya səfirini (Andrey Kelin) çağırdıq və ona qarşı gördüyümüz cavab tədbiri - rusiyalı diplomatın akkreditasiyasının ləğvi barədə məlumat verdik", - deyə Böyük Britaniya XİN-dən qeyd edilib.
XİN-dən, həmçinin bildirilib ki, Rusiyanın istənilən gələcək addımları eskalasiya kimi qiymətləndiriləcək və bunlara dərhal qarşılıqlı cavablar veriləcək.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaABŞ-nin hərb naziri NATO müttəfiqlərini hədələdi: "Bu bağışlanmazdır"
ABŞ-nin hərb naziri Pit Heqset bəyan edib ki, bir çox NATO müttəfiqi İrana qarşı əməliyyatda onlara etibar etməyin mümkün olmadığını nümayiş etdirib və bunun nəticələri olacaq.
DünyaAlmaniya kansleri sosial şəbəkələrdə üzləşdiyi təhqirlərdən danışdı
Almaniya Kansleri Fridrix Merts sosial şəbəkələrdə ondan əvvəlki heç bir ölkə liderinin məruz qalmadığı hücum və təhqirlərlə qarşılaşdığını bəyan edib.
Dünya"Spotify"nin işində problemlər yaranıb
Bir sıra ölkələrdə "Spotify" striminq xidmətində nasazlıq müşahidə olunur.
DünyaABŞ-nin İrana qarşı əməliyyatlara çəkdiyi xərclərin məbləği açıqlandı
ABŞ-nin İrana qarşı əməliyyatlarının cari xərcləri 25 milyard dollar həcmində qiymətləndirilir.