
Alman bloqer paraşütlə tullanarkən Rubik kubunu yığaraq dünya rekordu qırdı - FOTO - VİDEO
Almaniyadan olan 23 yaşlı bloqer Tom Kopke paraşütlə sərbəstdüşmə zamanı 23.3 saniyə ərzində Rubik kubunu tamamlayaraq yeni dünya rekorduna imza atıb. Bu tarixi nailiyyət Cənubi Afrika Respublikasındakı Mossel körfəzinin səmasında qeydə alınıb.
Almaniyadan olan 23 yaşlı bloqer Tom Kopke paraşütlə sərbəstdüşmə zamanı 23.3 saniyə ərzində Rubik kubunu tamamlayaraq yeni dünya rekorduna imza atıb. Bu tarixi nailiyyət Cənubi Afrika Respublikasındakı Mossel körfəzinin səmasında qeydə alınıb.
Gundem.today xəbər verir ki, bu barədə UPI nəşri məlumat yayıb.
Xəbərə əsasən, bu uğuru əldə etmək üçün ekstremal idmançıya bir neçə sınaq lazım olub. Kopke verdiyi müsahibədə məşhur tapmacaya olan həvəsinin yeniyetməlik dövründən yarandığını qeyd edib.
"Rubik kubunu ilk dəfə 18 yaşımda olarkən həll etmişəm və o zamanlar üzərində çox çalışırdım. Hətta bəzi qeyri-adi fəndlər göstərməyə çalışdığım bir video da hazırlamışdım. Həmin vaxt söz vermişdim ki, günlərin birində paraşütlə tullanarkən bu kubu tamamlayacağam", - deyə bloqer təəssüratını bölüşüb.
Qeyd edək ki, bundan əvvəlki rekordun sahibi avstraliyalı Sem Sirakki olub. O, 2023-cü ildə eyni tapşırığı 28.25 saniyəyə yerinə yetirməyi bacarıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
MaraqlıRusiyalı rejissorun yoxa çıxan "Oskar" mükafatı tapıldı
Frankfurt hava limanında rusiyalı rejissor Pavel Talankinə məxsus "Oskar" mükafatı tapılıb.
MaraqlıPutinlə bağlı filminə görə aldığı "Oskar"ı itirdi
Məşhur "Cənab heç kim Putinə qarşı" sənədli filminin yaradıcılarından biri Pavel Talankinə aid "Oskar" mükafatı yoxa çıxıb.
MaraqlıKompüterdə işləyənlər üçün göz xəstəlikləri riski: Quru göz sindromu və miopiyadan necə qorunmalı?
"Monitor önündə saatlarla vaxt keçirmək, iş mühitindəki zəif işıqlandırma və düzgün olmayan baxış məsafəsi göz quruluğu, akkomodasiya spazmı və miopiya (yaxından görmə) kimi problemlərin yaranma ehtimalını artırır.
MaraqlıNəhəng asteroid sürətlə Yerə yaxınlaşır: Toqquşma riski varmı?
Bu ilin aprel ayında kəşf edilən və müvəqqəti olaraq "2026 HN1" adı verilən asteroid mayın ilk həftəsində Yerə maksimum məsafəyə yaxınlaşacaq.