
Nəhəng asteroid sürətlə Yerə yaxınlaşır: Toqquşma riski varmı?
Bu ilin aprel ayında kəşf edilən və müvəqqəti olaraq "2026 HN1" adı verilən asteroid mayın ilk həftəsində Yerə maksimum məsafəyə yaxınlaşacaq.
Bu ilin aprel ayında kəşf edilən və müvəqqəti olaraq "2026 HN1" adı verilən asteroid mayın ilk həftəsində Yerə maksimum məsafəyə yaxınlaşacaq.
Gundem.today Kp.ru-ya istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) və qurumun Yerətrafı Obyektləri Araşdırma Mərkəzi (CNEOS) məlumat yayıb.
Bildirilib ki, sözügedən kosmik cismin planetimizə ən yaxın keçidi mayın 6-da baş tutacaq.
Proqnozlara əsasən, asteroid Yerlə Ay arasındakı məsafədən təxminən doqquz dəfə uzaqdan, saniyədə 14 kilometrdən artıq sürətlə keçəcək. Kosmik cismin diametri 49-110 metr aralığında qiymətləndirilir.
Alimlər vurğulayırlar ki, nəhəng ölçülərinə baxmayaraq, asteroidin hazırkı trayektoriyası toqquşma təhlükəsi yaratmır. Bununla belə, mütəxəssislər bu növ obyektlərin potensial təhlükə mənbəyi olduğunu xatırladırlar. Belə bir cismin quruya düşməsi regional miqyaslı dağıntılara, okeana düşməsi isə güclü sunamilərə səbəb ola bilər.
Hazırda Avropa Kosmik Agentliyinin (ESA) risk siyahısında 1 970-ə yaxın obyekt var, lakin onların Yerlə toqquşma ehtimalı minimaldır. Beynəlxalq agentliklər asteroidlərin trayektoriyasını dəyişdirə biləcək texnologiyalar üzərində çalışaraq planetar müdafiə sistemlərini inkişaf etdirirlər.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
MaraqlıKompüterdə işləyənlər üçün göz xəstəlikləri riski: Quru göz sindromu və miopiyadan necə qorunmalı?
"Monitor önündə saatlarla vaxt keçirmək, iş mühitindəki zəif işıqlandırma və düzgün olmayan baxış məsafəsi göz quruluğu, akkomodasiya spazmı və miopiya (yaxından görmə) kimi problemlərin yaranma ehtimalını artırır.
MaraqlıAlman bloqer paraşütlə tullanarkən Rubik kubunu yığaraq dünya rekordu qırdı - VİDEO
Almaniyadan olan 23 yaşlı bloqer Tom Kopke paraşütlə sərbəstdüşmə zamanı 23.3 saniyə ərzində Rubik kubunu tamamlayaraq yeni dünya rekorduna imza atıb. Bu tarixi nailiyyət Cənubi Afrika Respublikasındakı Mossel körfəzinin səmasında qeydə alınıb.
MaraqlıAlman bloqer paraşütlə tullanarkən Rubik kubunu yığaraq dünya rekordu qırdı - FOTO - VİDEO
Almaniyadan olan 23 yaşlı bloqer Tom Kopke paraşütlə sərbəstdüşmə zamanı 23.3 saniyə ərzində Rubik kubunu tamamlayaraq yeni dünya rekorduna imza atıb. Bu tarixi nailiyyət Cənubi Afrika Respublikasındakı Mossel körfəzinin səmasında qeydə alınıb.
MaraqlıRusiyalı kişi vanna otağında hörümçək gördü, səhəri milyonçu oldu
Rusiyanın Vladimir vilayətində bir çilingər vanna otağında böyük hörümçək gördükdən sonra lotereyada fantastik məbləğdə pul udub.