
Almaniyada qatar qəzası: Xəsarət alanlar var
Almaniyada təxminən 600 sərnişini daşıyan ICE qatarı kontakt şəbəkəsinin çökməsi nəticəsində relslərdə dayanmalı olub.
Almaniyada təxminən 600 sərnişini daşıyan ICE qatarı kontakt şəbəkəsinin çökməsi nəticəsində relslərdə dayanmalı olub.
Gundem.today "RBB24"ə istinadən xəbər verir ki, hadisə aprelin 11-də Berlin-Leypsiq marşrutu üzrə hərəkət edən qatar Brandenburq sərhədini keçdikdən sonra baş verib.
Məlumata görə, kontakt lövhəsi qatarın üzərinə düşərək vaqonların bir neçə pəncərəsinə ziyan vurub. Hadisə nəticəsində iki sərnişin şüşə qırıntılarından yüngül xəsarət alıb.
Bildirilib ki, qəzanın baş verdiyi ərazi hazırda bağlanıb, qatarların hərəkəti alternativ marşrutlarla təşkil olunur. Sərnişinlər üçün ehtiyat qatar göndəriləcəyi qeyd olunub.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaABŞ Hörmüz boğazının minalardan təmizlənməsinə başlayır
ABŞ hərbi qüvvələri Hörmüz boğazının minalardan təmizlənməsinə hazırlıq işlərinə başlayıb.
DünyaHindistansa ilan vuran uşağı 12 saat çayda saxladılar - VİDEO
Hindistanda 14 yaşlı uşaq ilan sancması nəticəsində həyatını itirib.
DünyaKürd siyasətçi İraqın yeni prezidenti seçildi
İraq parlamenti ikinci tur səsvermədə Nizar Amidini yeni prezident seçib.
DünyaABŞ hərbi gəmiləri Hörmüz boğazından keçib? - Rəsmi Tehran dərhal təkzib etdi
"ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus gəmilər Hörmüz boğazından uğurla keçib".