
AMEA-nın Dilçilik İnstitutunda professor Cəfər Cəfərovun yubileyi qeyd olunub
AMEA-nın İ.Nəsimi adına Dilçilik İnstitutunda görkəmli dilçi alim, filologiya elmləri doktoru, professor, Əməkdar müəllim, Prezident təqaüdçüsü Cəfər Əsəd oğlu Cəfərovun anadan olmasının 95 illik yubileyinə həsr olunmuş elmi tədbir keçirilib.
AMEA-nın İ.Nəsimi adına Dilçilik İnstitutunda görkəmli dilçi alim, filologiya elmləri doktoru, professor, Əməkdar müəllim, Prezident təqaüdçüsü Cəfər Əsəd oğlu Cəfərovun anadan olmasının 95 illik yubileyinə həsr olunmuş elmi tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan AMEA-nin prezidenti akademik İsa Həbibbəyli alimin Azərbaycan dilçiliyinin inkişafında mühüm xidmətlərindən bəhs edib. Bildirilib ki, professor Cəfər Cəfərov çoxcəhətli elmi yaradıcılığı ilə Azərbaycan dilçiliyinin əsas istiqamətlərinin müəyyənləşdirilməsində, dilçiliyin aktual problemlərinin araşdırılmasında və bu sahənin tədrisində böyük rol oynamış görkəmli alimlərdəndir.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, professor Əlibala Məhərrəmzadə alimin zəngin elmi irsindən bəhs edərək onun Azərbaycan filologiyasının inkişafına verdiyi töhfələri yüksək qiymətləndirib. Qeyd olunub ki, professor Cəfər Cəfərov Azərbaycan dilçiliyinin inkişafına mühüm töhfələr verib, gənc tədqiqatçıların formalaşmasında böyük rol oynayıb.
Yubiley tədbirində Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsinin dekanı dosent Könül Həsənova, Bakı Dövlət Universitetinin professoru Zahif Cəfərov, həmçinin dilçi və ədəbiyyatşünas alimlər professor Cəfər Cəfərovun elmi yaradıcılığı, Azərbaycan dilçiliyinin inkişafına verdiyi töhfələr və formalaşdırdığı elmi ənənələr barədə fikirlərini bölüşüblər.
Dilçilik İnstitutunun baş direktoru professor Nadir Məmmədli çıxışında bildirilib ki, professor Cəfər Cəfərov Azərbaycan dilçiliyində bir sıra fundamental tədqiqatların müəllifidir. Onun "Nitq hissələrində keçid prosesləri" (1983), "Müasir Azərbaycan ədəbi dilində inkarlığın ifadə vasitələri" (2000), "Nitq hissələrində keçid prosesləri və konversiya" (2009) monoqrafiyaları, eləcə də "Müasir Azərbaycan dilinin morfologiyası" və "Linqvistik təhlil nümunələri" kimi dərslikləri Azərbaycan dilçiliyinin mühüm elmi mənbələri hesab olunur.
Alimin tədqiqatlarında müasir Azərbaycan ədəbi dilinin leksikologiya, semasiologiya, morfologiya və derivatologiya sahələri ilə bağlı mühüm nəzəri məsələlər araşdırılmış, xüsusilə nitq hissələri, onların qarşılıqlı əlaqələri və keçid prosesləri yeni metodoloji yanaşma əsasında təhlil edilib. Professor Cəfər Cəfərov Azərbaycan dilçiliyində nitq hissələrində keçid prosesləri və konversiya məsələlərinin elmi əsaslarla işlənməsində mühüm rol oynamış alimlərdən biridir.
Tədbirdə həmçinin qeyd olunub ki, alimin "Müasir Azərbaycan ədəbi dilində inkarlığın ifadə vasitələri" adlı fundamental tədqiqatında inkarlıq anlayışı, onun qrammatik və məntiqi xüsusiyyətləri, eləcə də bu kateqoriyanın Azərbaycan dilində ifadə vasitələri geniş şəkildə araşdırılıb.
Tədbirin sonunda professor Cəfər Cəfərov Azərbaycan dilçiliyi elminin inkişafındakı xidmətlərinə görə fəxri fərmanla təltif olunub. İştirakçılar görkəmli alimi 95 illik yubileyi münasibətilə təbrik edərək ona möhkəm cansağlığı və yeni elmi uğurlar arzulayıblar.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DigərDövlət icra məmuru vəzifəsi üzrə qulluğa qəbulla bağlı müsabiqə elan edilir
Ədliyyə Nazirliyinin Müsabiqə Komissiyası dövlət icra məmuru vəzifəsi üzrə qulluğa qəbulla bağlı müsabiqə elan edir.
Digər"Baku Electronics"də sərfəli endirim havaları davam edir
Nağd alışda böyük endirim, endirimli qiyməti 24 aya bölmə imkanı müştəriləri gözləyir!
DigərGlobal Cert: "Sertifikat sadəcə sənəd deyil, biznesin məsuliyyətidir"
Sertifikatlaşdırma sahəsində fəaliyyət göstərən "Global Cert" şirkəti bizneslərin dayanıqlı inkişafı və beynəlxalq standartlara uyğun idarəetmə sistemlərinin qurulmasına dəstək göstərən aparıcı qurumlardan biridir. Müsahibimiz sertifikatlaşdırma sahəsində etibarlı təsisat kimi tanınan "Azera Holdinq"in "Global Cert" şirkətinin rəhbəri Gülşən Hüseynovanın sözlərinə görə, müasir biznes mühitində şirkətin real gücü artıq yalnız dövriyyə və satış göstəriciləri ilə ölçülmür.
Digər"Global Cert": "Sertifikat sənəd deyil, məsuliyyətdir"
Sertifikatlaşdırma sahəsində fəaliyyət göstərən "Global Cert" şirkəti bizneslərin dayanıqlı inkişafı və beynəlxalq standartlara uyğun idarəetmə sistemlərinin qurulmasına dəstək göstərən aparıcı qurumlardan biridir. Müsahibimiz sertifikatlaşdırma sahəsində etibarlı təsisat kimi tanınan "Azera Holdinq"in "Global Cert" şirkətinin rəhbəri Gülşən Hüseynovanın sözlərinə görə, müasir biznes mühitində şirkətin real gücü artıq yalnız dövriyyə və satış göstəriciləri ilə ölçülmür.