Son dəqiqə
Prezidentin köməkçisi: "Azərbaycan regionda sülh gündəliyinə tam sadiqdir"Hikmət Hacıyev: "Türkiyə-Azərbaycan əlaqələri dünya üçün örnəkdir" - VİDEOEvi uçan qadın fəryad etdi: "Hamısı, hətta qızımın cehizi də içəridə qalıb" - VİDEOTramp NATO-nun yardım təklifini rədd etdiKonstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilibHikmət Hacıyev: "Genişmiqyaslı layihələrə Ermənistanın tranzit ölkə kimi qoşulması mümkündür"
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. Yaşayış binasında təlimə gedən FHN işçiləri hovuza yaxınlaşa bilmədilər - FOTO - VİDEO
Yaşayış binasında təlimə gedən FHN işçiləri hovuza yaxınlaşa bilmədilər - FOTO - VİDEO
Cəmiyyət

Yaşayış binasında təlimə gedən FHN işçiləri hovuza yaxınlaşa bilmədilər - FOTO - VİDEO

Bu gün
18:30
0 baxış
Paylaş:

Dövlət Yanğın Nəzarəti Xidmətinin təşkilatçılığı və Dövlət Yanğından Mühafizə Xidmətinin iştirakı ilə Bakı şəhəri, Yasamal rayonu, Fuad İbrahimbəyov küçəsi, 12 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasında təlim keçirilib.

Dövlət Yanğın Nəzarəti Xidmətinin təşkilatçılığı və Dövlət Yanğından Mühafizə Xidmətinin iştirakı ilə Bakı şəhəri, Yasamal rayonu, Fuad İbrahimbəyov küçəsi, 12 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasında təlim keçirilib.

Gundem.today xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, təlim şərti yanğın həyəcan siqnalı ilə yanğınsöndürmə texnikalarının yaşayış binasına, həmçinin su hovuzuna yaxınlaşa bilməsi və ümumilikdə ərazidəki yanğına qarşı əməliyyat şəraitinin qiymətləndirilməsi məqsədilə keçirilib.

Təlim zamanı şəxsi nəqliyyat vasitələrinin nizamsız park edilməsi səbəbindən yanğınsöndürmə avtomobilinin yaşayış binasına və su hovuzuna sərbəst şəkildə yaxınlaşa bilmədiyi müəyyən olunub. Bundan əlavə, binanın ilkin yanğınsöndürmə vasitələri ilə tam təmin olunmadığı, daxili yanğın kranlarının tam komplektləşdirilmədiyi, avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusunun olmadığı, elektrik təsərrüfatının "Elektrik qurğularının quraşdırılması Qaydaları"nın tələblərinə cavab vermədiyi və dəhlizlərin tavan hissəsinin yanar material olan lambirlə üzləndiyi də müəyyən edilib.

Qeyd olunan nöqsanların aradan qaldırılması barədə yaşayış binasının yanğın təhlükəsizliyinə məsul şəxslərinə şifahi və yazılı tapşırıqlar verilib, eyni zamanda, binanın sakinləri ilə yanğın təhlükəsizliyinin təmin olunması barədə maarifləndirici söhbətlər aparılıb. Nəzərə çatdırılıb ki, yanğın və digər fövqəladə hadisələr zamanı xilasetmə və yanğınsöndürmə avtomobillərinin, digər iriqabaritli xüsusi təyinatlı texnikaların binaların həyətinə maneəsiz daxil olması, çevik şəkildə döyüş vəziyyətinə gətirilməsi və əməliyyatların effektli keçirilməsi, habelə su hovuzları və hidrantlardan rahat istifadə üçün avtomobillər yalnız təyin olunmuş yerlərdə, bir-biri ilə ara məsafəsi gözləməklə, digər avtomobillərin sərbəst keçid imkanı təmin olunmaqla park edilməlidir.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Cəmiyyət#FHN#yanğın_təhlükəsizliyi#yanğın_təlimi#Yasamal_rayonu#Dövlət_Yanğın_Nəzarəti_Xidməti#nizamsız_parklanma#yanğınsöndürmə_avtomobilləri#fövqəladə_hallar#çoxmərtəbəli_bina#təhlükəsizlik_qaydaları

Oxşar Xəbərlər

Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilibCəmiyyət

Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib

Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.

Bu gün
19:360
Naxçıvanda beş yeni körpələr evi tikiləcəkCəmiyyət

Naxçıvanda beş yeni körpələr evi tikiləcək

Naxçıvan Muxtar Respublikasında beş yeni körpələr evi-uşaq bağçası tikiləcək.

Bu gün
19:240
Bu il Həcc ziyarətinə getmək istəyən azərbaycanlı zəvvarlar üçün ayrılmış kvota yeri dolubCəmiyyət

Bu il Həcc ziyarətinə getmək istəyən azərbaycanlı zəvvarlar üçün ayrılmış kvota yeri dolub

"Bu il Həcc ziyarətinə getmək istəyən azərbaycanlı zəvvarlar üçün Qafqaz Müsəlmanları İdarəsi (QMİ) tərəfindən ayrılmış kvota yeri dolub".

Bu gün
18:480
Sakinlər təngə gəliblər: "Taxılımız yanır, su vermirlər" - VİDEOCəmiyyət

Sakinlər təngə gəliblər: "Taxılımız yanır, su vermirlər" - VİDEO

Baku TV-nin qaynar xəttinə müraciət edən Zərdabın Burunlu kənd sakinləri bildirirlər ki, yeni əsaslı təmir edilərək istifadəyə verilən Regional Su Meliorasiya Xidmətinin Zərdab Suvarma Sistemləri İdarəsinin Burunlu nasos stansiyasının fəaliyyəti bir neçə aydır ki, dayanıb.

Bu gün
18:360