Son dəqiqə
Rəcəb Tayyib Ərdoğan: "İrana qarşı həyata keçirilən hücumlar regiona ciddi təsir göstərir"Kiyevdə baş vermiş atışma nəticəsində ölən və yaralananların sayı artıb2026-cı ildə TDT-nin iki zirvə toplantısı keçiriləcəkİran ABŞ-dən yeni təkliflər aldığını açıqladıAmerikalı reper həbsxanada bıçaqlandığı üçün 100 milyon dollar təzminat tələb edirQadınlardan ibarət Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti qələbəsini qazandı
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Dünya
  3. Amerikalı reper həbsxanada bıçaqlandığı üçün 100 milyon dollar təzminat tələb edir
Amerikalı reper həbsxanada bıçaqlandığı üçün 100 milyon dollar təzminat tələb edir
Dünya

Amerikalı reper həbsxanada bıçaqlandığı üçün 100 milyon dollar təzminat tələb edir

Bu gün
19:48
0 baxış
Paylaş:

ABŞ-də reper Tori Leynz (Deystar Piterson) Kaliforniya həbsxana sisteminə qarşı federal iddia qaldırıb. O, təhlükəli məhbusla qanunsuz olaraq eyni kameraya yerləşdirildiyini və həmin şəxsin ona hücum edərək çoxsaylı bıçaq xəsarətləri yetirdiyini iddia edir.

ABŞ-də reper Tori Leynz (Deystar Piterson) Kaliforniya həbsxana sisteminə qarşı federal iddia qaldırıb. O, təhlükəli məhbusla qanunsuz olaraq eyni kameraya yerləşdirildiyini və həmin şəxsin ona hücum edərək çoxsaylı bıçaq xəsarətləri yetirdiyini iddia edir.

Gundem.today xəbər verir ki, bu barədə "Associated Press" agentliyi məlumat yayıb.

Bildirilib ki, verilən məhkəmə iddiasına əsasən, Leynz aidiyyəti qurumlardan 100 milyon dollar təzminat tələb edir. Reper qeyd edir ki, onun başqa bir məhbusla eyni kameraya salınması qərarı əvvəlcədən təhlükəli olub və ağır nəticələrə gətirib çıxarıb. İddiaçı tərəfin məlumatına görə, hücum zamanı məhbus bıçaqla Leynzin kürək, bədən, baş və üz nahiyələrinə 16 zərbə endirib. Nəticədə reper təcili olaraq helikopterlə xəstəxanaya təxliyə edilib.

Tori Leynz bildirir ki, həbsxana əməkdaşları hadisəyə gec reaksiya verib və hücumun qarşısını dərhal ala bilməyiblər.

Məlumata görə ştat rəsmiləri məhkəmə prosesinin davam etdiyini əsas gətirərək iddia ilə bağlı şərh verməkdən imtina ediblər.

Xatırladaq ki, hazırda Tori Leynz 2020-ci ildə baş verən insident zamanı amerikalı müğənni "Megan Thee Stallion"a atəş açdığına görə 10 illik həbs cəzasına məhkum edilib.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Dünya#Tory_Lanez#məhkəmə_iddiası#Kaliforniya_həbsxanası#reperin_bıçaqlanması#100_milyon_dollar_təzminat#həbsxana_sistemi#Megan_Thee_Stallion#məhbus_hücumu#Daystar_Peterson#şou-biznes_xəbərləri

Oxşar Xəbərlər

Rəcəb Tayyib Ərdoğan: "İrana qarşı həyata keçirilən hücumlar regiona ciddi təsir göstərir"Dünya

Rəcəb Tayyib Ərdoğan: "İrana qarşı həyata keçirilən hücumlar regiona ciddi təsir göstərir"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Antalya Diplomatiya Forumu çərçivəsində İraq Kürdüstan Regional Administrasiyasının rəhbəri Neçirvan Bərzani ilə görüşüb.

Bu gün
20:240
Kiyevdə baş vermiş atışma nəticəsində ölən və yaralananların sayı artıbDünya

Kiyevdə baş vermiş atışma nəticəsində ölən və yaralananların sayı artıb

Kiyevdə baş verən atışma nəticəsində beş nəfər ölüb, 10 nəfər yaralanıb.

Bu gün
20:180
İran ABŞ-dən yeni təkliflər aldığını açıqladıDünya

İran ABŞ-dən yeni təkliflər aldığını açıqladı

İran ABŞ-dən Pakistan vasitəsilə danışıqlar üçün yeni təklifləri alıb və hazırda bunlar nəzərdən keçirilir.

Bu gün
20:000
Kiyevdə silahlı şəxs supermarketdə insanları girov götürdü - VİDEODünya

Kiyevdə silahlı şəxs supermarketdə insanları girov götürdü - VİDEO

Ukraynanın paytaxtı Kiyevdə silahlı şəxs küçədə insanlara atəş açıb və sonra supermarketdə bir neçə nəfəri girov götürüb.

Bu gün
19:340