
Anar Əsədlinin cinayət işi üzrə məhkəmə: "Demişdi ki, pulu may ayında qaytaracaq, amma qaytarmadı"
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən ləğv edilmiş Yüksəliş Partiyasının sədri Anar Əsədlinin cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən ləğv edilmiş Yüksəliş Partiyasının sədri Anar Əsədlinin cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.
Gundem.today-ın məlumatına görə, hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə ifadə verən zərərçəkən İlham Hüseyn bildirib ki, əvvəllər Anar Əsədli ilə dost olublar:
"2020-ci ilin mart ayında pula ehtiyacı oldu və məndən borc istədi. Mən də ona 10 min dollar borc verdim. Demişdi ki, pulu may ayında qaytaracaq, amma qaytarmadı. Sonradan eşitdim ki, bir neçə adamdan da pul alıb, qaytarmayıb. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları pulumu tam alıb qaytardılar. Şikayətim və tələbim yoxdur".
Proses mayın 1-nə təxirə salınıb.
İttihama görə, Anar Əsədli 2023-cü ildə saxlanılıb. Dələduzluqda təqsirləndirilən sabiq partiya sədri barədə həbs qətimkan tədbiri seçilib. Bir müddət sonra o, ev dustaqlığına buraxılsa da, məhkəmə istintaqı dövründə yenidən həbs edilib.
Cinayət işi üzrə dörd nəfər zərərçəkmiş var.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
KriminalSürücülük hüququ olmayan sərxoş kişi məsuliyyətdən yayınmağa çalışdı - Postda TUTULDU
Qaradağ rayonu ərazisində yerləşən stasionar postda VAZ markalı avtomobilin sürücüsünə "Saxla" işarəsi verilsə də, o, tabesizlik göstərərək hərəkətini davam etdirib. Avtomobil YPX Alayının əməkdaşları tərəfindən saxlanılıb.
KriminalBakıdan Qusara gedib iftar verdi, məscidin qarşısında keçmiş QAYINATASINI BIÇAQLADI
Qusarda həyat yoldaşından ayrılan kişi məsciddə keçmiş qayınatasını bıçaqlayıb.
Kriminalİcra Hakimiyyətinin yeni binasının tikintisi niyə gecikib?
İmişli Rayon İcra Hakimiyyətinin (RİH) yeni inzibati binasının tikinti prosesinin gecikməsinin səbəbləri məlum olub.
KriminalYuduğu maşını qaçırıb qəza törətdi: Digər cinayətinin də üstü açıldı
Soyğunçuluq və talama məqsədi olmadan qanunsuz olaraq avtomobil ələ keçirməkdə təqsirləndirilən Əkrəm Bayramovun (adı, soyadı şərtidir - red.) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.