Son dəqiqə
Sakinlər təngə gəliblər: "Taxılımız yanır, su vermirlər" - VİDEOYaşayış binasında təlimə gedən FHN işçiləri hovuza yaxınlaşa bilmədilər - FOTO - VİDEOTramp İsrailin Livanı bombalamasını QADAĞAN ETDİBeyləqanda süd qəbulu məntəqəsində nöqsanlar aşkarlandı, müəssisə bağlandı - FOTOƏrdoğan: "Ermənistanla normallaşma prosesi Azərbaycanla birlikdə aparılır"Trampdan Hörmüz boğazı ilə bağlı daha bir AÇIQLAMA - FOTO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Kriminal
  3. İcra Hakimiyyətinin yeni binasının tikintisi niyə gecikib?
İcra Hakimiyyətinin yeni binasının tikintisi niyə gecikib?
Kriminal

İcra Hakimiyyətinin yeni binasının tikintisi niyə gecikib?

Bu gün
13:10
0 baxış
Paylaş:

İmişli Rayon İcra Hakimiyyətinin (RİH) yeni inzibati binasının tikinti prosesinin gecikməsinin səbəbləri məlum olub.

İmişli Rayon İcra Hakimiyyətinin (RİH) yeni inzibati binasının tikinti prosesinin gecikməsinin səbəbləri məlum olub.

Gundem.today "Teleqraf"a istinadla xəbər verir ki, bu, qurumun sabiq icra başçısı Vilyam Hacıyevin mənimsəmə faktları ilə əlaqədardır.

Belə ki, 2019-cu ildə İmişli RİH üçün yeni inzibati binanın layihələndirilməsi və tikintisi üçün dövlət büdcəsindən üç milyon manat vəsait ayrılıb.

Bundan sonra İmişli RİH-lə Vüqar Məhərrəmovun rəhbəri olduğu "NTC Company" şirkəti arasında tender müqaviləsi imzalanıb.

Lakin Vilyam Hacıyev şirkətə tikinti üçün ödəniləcək məbləğdən 30% "otkat" (rüşvət) alıb. 974 193 manat vəsait "NTC Company" şirkətinin nümayəndəsi Səyalı Səfərova tərəfindən Vilyam Hacıyevin sürücüsü vasitəsilə hazırda həbsdə olan keçmiş icra başçısına çatdırılıb.

Maraqlıdır ki, Vilyam Hacıyevin həbsindən sonra bu işdə zərərçəkmiş kimi tanınan İmişli RİH sözügedən məbləğin geri alınması üçün məhkəməyə müraciət edib. İmişli RİH iddia ərizəsində 974 min manatın Vilyam Hacıyevin müsadirə edilən əmlakları hesabına geri ödənilməsini istəyib. Bütün instansiya məhkəmələri İmişli RİH-in bu tələbini təmin edib. Vilyam Hacıyev isə işi Ali Məhkəməyə qədər daşıyıb, lakin onun kassasiya şikayəti təmin edilməyib.

Onu da bildirək ki, İmişli RİH-in inzibati binasının tikintisi üçün ötən ilin dekabrında da "NTC Company" şirkəti ilə yarım milyon manatlıq tender müqaviləsi imzalanıb. İmişlinin hazırkı icra başçısı Elçin Rzayevdir.

Qeyd edək ki, Vilyam Hacıyev 2020-ci il il mayın 5-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) RİH-in binasında keçirdiyi əməliyyat nəticəsində saxlanılıb. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə xüsusilə külli miqdarda mənimsəmədə və rüşvət almaqda təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum edilib. 2024-cü ildə Ali Məhkəmənin qərarı ilə V.Hacıyevin cəzası 12 ildən 8 il 6 aya endirilib.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Kriminal#İmişli_Rayon_İcra_Hakimiyyəti#Vilyam_Hacıyev#mənimsəmə_faktı#inzibati_bina_tikintisi#tender_müqaviləsi#NTC_Company#Elçin_Rzayev#rüşvət#Ali_Məhkəmə#məhkəmə_qərarı

Oxşar Xəbərlər

Bakıda qayın keçmiş yeznəsini gecə klubunun qarşısında bıçaqladı: "Aliment vermirdi" – TƏFƏRRÜATKriminal

Bakıda qayın keçmiş yeznəsini gecə klubunun qarşısında bıçaqladı: "Aliment vermirdi" – TƏFƏRRÜAT

Bakıda 1997-ci il təvəllüdlü Elşən bacısının keçmiş həyat yoldaşı Səfəri (adlar şərti verilib - red.) öldürməyə cəhd edib.

Bu gün
17:260
Sürücülük hüququ olmayan sərxoş kişi məsuliyyətdən yayınmağa çalışdı - Postda TUTULDUKriminal

Sürücülük hüququ olmayan sərxoş kişi məsuliyyətdən yayınmağa çalışdı - Postda TUTULDU

Qaradağ rayonu ərazisində yerləşən stasionar postda VAZ markalı avtomobilin sürücüsünə "Saxla" işarəsi verilsə də, o, tabesizlik göstərərək hərəkətini davam etdirib. Avtomobil YPX Alayının əməkdaşları tərəfindən saxlanılıb.

Bu gün
15:260
Anar Əsədlinin cinayət işi üzrə məhkəmə: "Demişdi ki, pulu may ayında qaytaracaq, amma qaytarmadı"Kriminal

Anar Əsədlinin cinayət işi üzrə məhkəmə: "Demişdi ki, pulu may ayında qaytaracaq, amma qaytarmadı"

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən ləğv edilmiş Yüksəliş Partiyasının sədri Anar Əsədlinin cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

Bu gün
14:300
Bakıdan Qusara gedib iftar verdi, məscidin qarşısında keçmiş QAYINATASINI BIÇAQLADIKriminal

Bakıdan Qusara gedib iftar verdi, məscidin qarşısında keçmiş QAYINATASINI BIÇAQLADI

Qusarda həyat yoldaşından ayrılan kişi məsciddə keçmiş qayınatasını bıçaqlayıb.

Bu gün
14:060