Ankarada Cümhuriyyət Qülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
Dünya

Ankarada Cümhuriyyət Qülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı

İndi
22:44
1 baxış
Paylaş:

Türkiyənin paytaxtı Ankaranın Keçiören bələdiyyəsi 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününün 108-ci ildönümü ilə bağlı həmrəylik nümayiş etdirib.

Türkiyənin paytaxtı Ankaranın Keçiören bələdiyyəsi 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününün 108-ci ildönümü ilə bağlı həmrəylik nümayiş etdirib.

Gundem.today xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov "X" sosial şəbəkə hesabında paylaşım edib.

Belə ki, martın 31-də Keçiörendə yerləşən Cümhuriyyət Qülləsində Azərbaycanın üçrəngli bayrağı əks etdirilib.

Bu addım Azərbaycan xalqına qarşı törədilmiş qətliamların ildönümündə dəstək və başsağlığı ifadəsi kimi qiymətləndirilib.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Dünya#Ankara#Azərbaycan#31_Mart_-_Azərbaycanlıların_Soyqırımı_Günü

Oxşar Xəbərlər