Abbas Əraqçı Stiv Uitkoffla birbaşa təmasların olduğunu açıqlayıb
Dünya

Abbas Əraqçı Stiv Uitkoffla birbaşa təmasların olduğunu açıqlayıb

İndi
23:48
0 baxış
Paylaş:

İranın xarici işlər naziri Abbas Əraqçı ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffla birbaşa təmasların bərpa olunduğunu bildirib.

İranın xarici işlər naziri Abbas Əraqçı ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffla birbaşa təmasların bərpa olunduğunu bildirib.

Gundem.today xəbər verir ki, bu barədə o, "Al Jazeera"ya müsahibəsində danışıb.

"Əvvəlki kimi Uitkoffdan birbaşa mesajlar alıram. Lakin bu, danışıqlar apardığımız anlamına gəlmir. Bu, sadəcə birbaşa və ya regiondakı dostlarımız vasitəsilə mesaj mübadiləsidir", - deyə Əraqçı qeyd edib.

Nazirin sözlərinə görə, İran hələlik ABŞ-nin münaqişənin tənzimlənməsi ilə bağlı 15 bəndlik planına rəsmi cavab verməyib və qarşılıqlı şərtlər irəli sürməyib.

Əraqçı, həmçinin bildirib ki, İran dost ölkələrin gəmilərinin Hörmüz boğazından təhlükəsiz keçidi üçün bütün tədbirləri görüb. Bu imkanın ABŞ, İsrail və onların tərəfdaşlarına şamil olunmadığı qeyd edilib.

O əlavə edib ki, Tehran ölkə ərazisinə mümkün quru müdaxiləsinə də hazırdır.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Dünya#Abbas_Əraqçı#Stiv_Uitkoff#Amerika_Birləşmiş_Ştatları_(ABŞ)#İran#İsrail#Hörmüz_boğazı

Oxşar Xəbərlər