
Aprel döyüşlərinin qəhrəman pilotları anılıb - VİDEO
2016-cı ilin Aprel döyüşləri zamanı qəhrəmancasına şəhid olan hərbi pilotlar - mayor Urfan Vəlizadə, mayor Təbriz Musazadə və baş leytenant Əbu Bəkir İsmayılovun anım günü münasibətilə mərasim keçirilib.
2016-cı ilin Aprel döyüşləri zamanı qəhrəmancasına şəhid olan hərbi pilotlar - mayor Urfan Vəlizadə, mayor Təbriz Musazadə və baş leytenant Əbu Bəkir İsmayılovun anım günü münasibətilə mərasim keçirilib.
Gundem.today xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Hərbi Memorial Məzarlıqda təşkil olunan tədbirdə müdafiə nazirinin müavini - HHQ komandanı, general-leytenant Namiq İslamzadə, hərbçilər və şəhid ailələri iştirak ediblər. Mərasim zamanı şəhidlərin xatirəsi birdəqiqəlik sükutla yad edilib, məzarları önünə əklil və gül dəstələri qoyulub.
Çıxış edənlər pilotlarımızın peşəkarlığından və göstərdikləri şücaətdən danışaraq, onların xidmət yolunun gənc nəsil üçün örnək olduğunu vurğulayıblar. Qeyd olunub ki, məhz bu cür qəhrəmanlıqlar sayəsində torpaqlarımız işğaldan azad edilib və bu gün həmin ərazilərdə Azərbaycan bayrağı dalğalanır.
Tədbir çərçivəsində general-leytenant Namiq İslamzadə şəhid ailələri ilə görüşərək onların qayğıları ilə maraqlanıb. Ailə üzvləri göstərilən diqqətə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
OrduAzərbaycan və Türkiyə hərbçilərinin "Heydər Əliyev-2026" birgə təlimi start götürdü - FOTO - VİDEO
Azərbaycan ilə Türkiyə arasında imzalanmış hərbi əməkdaşlıq haqqında sazişə uyğun olaraq Türkiyənin Qars şəhərində keçiriləcək "Heydər Əliyev-2026" birgə təliminə hazırlıq məqsədilə iki qardaş dövlətin bayraqlarının dəyişmə mərasimi keçirilib.
OrduZakir Həsənov MDB Müdafiə Nazirləri Şurasının iclasında iştirak edib, rusiyalı həmkarı ilə görüşüb
Rusiyada işgüzar səfərdə olan Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov aprelin 2-də Moskvada keçirilən Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib.
OrduAzərbaycanlı hərbçilər "Heydər Əliyev-2026" təlimində iştirak üçün Türkiyəyə gediblər
Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun bölmələri "Heydər Əliyev-2026" təlimində iştirak etmək üçün Türkiyəyə səfər ediblər.
OrduAprel şəhidinin anası: "Komandirə deyib ki, səni ölməyə qoymayacağıq" - VİDEO
"Zəfərə ilk yol açan bizim balalarımız - Aprel şəhidləri olub".