
Ronaldu zədədən sonra keçirdiyi ilk matçda dubl etdi
Portuqaliyalı hücumçu Kriştianu Ronaldu zədədən sonra meydana qayıtdığı ilk matçda dubl edərək Səudiyyə Ərəbistanı çempionatının 27-ci turunda "Ən-Nəsr"in "Ən-Nəcmə"ni darmadağın etməsinə kömək edib.
Portuqaliyalı hücumçu Kriştianu Ronaldu zədədən sonra meydana qayıtdığı ilk matçda dubl edərək Səudiyyə Ərəbistanı çempionatının 27-ci turunda "Ən-Nəsr"in "Ən-Nəcmə"ni darmadağın etməsinə kömək edib.
Gundem.today xəbər verir ki, Ər-Riyadda baş tutan görüş 5:2 hesabı ilə başa çatıb.
Portuqaliyalı futbolçu fevralın 28-də "Əl-Feyha" ilə matçda (3:1) bud nahiyəsindən aldığı əzələ zədəsi səbəbindən bütün mart ayını buraxmışdı.
O, start heyətində meydana çıxıb və artıq 56-cı dəqiqədə penaltini dəqiq yerinə yetirərək komandasını hesabda önə keçirib. 73-cü dəqiqədə isə Ronaldu "Ən-Nəsr"in üstünlüyünü daha da artırıb.
Bu dubl 41 yaşlı hücumçunun karyerasında vurduğu 966-cı və 967-ci qollar olub. Səudiyyə Pro Liqasının cari mövsümündə Ronaldunun hesabında 23 qol var.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdmanOrxan Məmmədov: "Zirə"nin ilk dəfə çempion olması minifutbolun inkişaf etdiyini göstərir
"Bu gün mövsümü başa vurduq və "Zirə" komandası Azərbaycan futbolu tarixində ilk dəfə çempionluq qazandı".
İdman"Qarabağ" - "Sabah" matçında Premyer Liqanın tamaşaçı rekordu yenilənib
Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyunları çərçivəsində keçirilən "Qarabağ" - "Sabah" qarşılaşması (2:2) tarixi rekordla əlamətdar olub.
İdmanQurban Qurbanov: "Bəlkə də "Sabah" bizdən daha istəkli görünürdü"
Hər iki komandanın azarkeşlərinə təşəkkür edirəm. Onlar futbolçulara yaxşı dəstək oldular. Bu cür fanatların olması meydandakı futbola da təsir edir.
İdman"Zirə" minifutbol üzrə Azərbaycan çempionatının qalibi oldu
Minifutbol üzrə Azərbaycan çempionatının qalibi bəlli olub.