Son dəqiqə
Neftçalada 11, Hacıqabulda 1 kənd qazsız qalacaqPutin Melnikovun istefasını qəbul etdi: Onu kim əvəzləyəcək?TƏBİB-də üç yüksək vəzifəyə TƏYİNAT - FOTOİlham Əliyevin İrəvandakı tədbirdə videobağlantı formatında çıxışının TAM MƏTNİ - FOTOİki milyon manatlıq qaçaqmal və sərhəddə dron insidenti: Apreldə nələr baş verib?Aİ Böyük Britaniyadan bazarlarına daxil olmaq üçün hər il bir milyard tələb edir
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. Apreldə Bakı və Abşeronda temperatur neçə gün normadan yuxarı olub?
Apreldə Bakı və Abşeronda temperatur neçə gün normadan yuxarı olub?
Cəmiyyət

Apreldə Bakı və Abşeronda temperatur neçə gün normadan yuxarı olub?

Bu gün
14:12
0 baxış
Paylaş:

"2026-cı ilin aprel ayında Bakı və Abşeron yarımadasında havanın temperaturu iqlim norması ilə müqayisədə 21 gün normadan yuxarı olub. Yarımadada maksimal temperatur aprelin 3-də 25°C isti (Sumqayıt), bölgələrdə isə aprelin 27-də 29°C isti (Yevlax) qeydə alınıb. Havanın temperaturu 6 gün normadan aşağı, 3 gün isə norma daxilində olub. Orta aylıq temperatur 13°C isti təşkil edib ki, bu da iqlim normasından 1°C yuxarıdır".

"2026-cı ilin aprel ayında Bakı və Abşeron yarımadasında havanın temperaturu iqlim norması ilə müqayisədə 21 gün normadan yuxarı olub. Yarımadada maksimal temperatur aprelin 3-də 25°C isti (Sumqayıt), bölgələrdə isə aprelin 27-də 29°C isti (Yevlax) qeydə alınıb. Havanın temperaturu 6 gün normadan aşağı, 3 gün isə norma daxilində olub. Orta aylıq temperatur 13°C isti təşkil edib ki, bu da iqlim normasından 1°C yuxarıdır".

Bunu Gundem.today-a Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.

Onun sözlərinə görə, minimal temperatur Bakıda və Abşeron yarımadasında (Binə) aprelin 9-da 6°C isti, yüksək dağlıq ərazilərdə (Şahdağ) isə aprelin 16-da 12°C şaxta olub:

"Aprel ayı ərzində bəzi günlərdə hava şəraiti fasilələrlə yağıntılı keçib, dağlıq ərazilərdə sulu qar və qar yağıb. Bəzi ərazilərdə yağıntılar leysan xarakterli, intensiv və güclü olub. Ümumilikdə bölgələr üzrə 27 gün yağıntılı hava şəraiti müşahidə edilib. Ən çox yağıntı aylıq normanın 479 faizi olmaqla Bakı və Abşeron yarımadasına (Bakı - 111 mm), aylıq normanın 185 faizi olmaqla Balakən-Şəki zonasına (Oğuz - 181 mm), eləcə də aylıq normanın 351 faizi olmaqla Quba-Qusar zonasına (Xaçmaz - 106 mm) düşüb. Yağıntı nəticəsində qar örtüyünün maksimal hündürlüyü Şahdağda 107 sm qeydə alınıb."

N.Mahmudov qeyd edib ki, aprel ayı ərzində ayrı-ayrı günlərdə dolu hadisələri də müşahidə olunub. Aprelin 4-də Yardımlıda, aprelin 7-də Gədəbəydə, aprelin 14-də isə Bakı və Abşeron yarımadasının lokal ərazilərində qısamüddətli fasilələrlə dolu düşüb:

"2026-cı ilin aprel ayı ərzində küləkli hava şəraiti ilə bağlı rəng şkalasına uyğun olaraq 12 sarı və narıncı xəbərdarlıq verilib. Bakı və Abşeron yarımadasında 19 gün, bölgələrdə isə 21 gün küləkli hava şəraiti müşahidə olunub. Küləyin maksimal sürəti həm Bakı və Abşeron yarımadasında, həm də bölgələrdə 28 m/s-dək güclənib".

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Cəmiyyət#hava_şəraiti_2026#aprel_ayı_hava#Bakıda_hava#Abşeronda_hava#yağıntıların_miqdarı#temperatur_göstəriciləri#iqlim_norması#Milli_Hidrometeorologiya_Xidməti#külək_xəbərdarlığı#dolu_yağıntısı#meteo_statistika.

Oxşar Xəbərlər

Neftçalada 11, Hacıqabulda 1 kənd qazsız qalacaqCəmiyyət

Neftçalada 11, Hacıqabulda 1 kənd qazsız qalacaq

Mayın 5-də saat 10:00-dan etibarən Neftçala və Hacıqabul rayonlarının bəzi ərazilərində qaz müvəqqəti kəsiləcək.

Bu gün
15:060
TƏBİB-də üç yüksək vəzifəyə TƏYİNAT - FOTOCəmiyyət

TƏBİB-də üç yüksək vəzifəyə TƏYİNAT - FOTO

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) rəhbərliyində yeni təyinatlar olub.

Bu gün
14:520
Icrammer: Daha sürətli öyrən, daha yüksək bal al!Cəmiyyət

Icrammer: Daha sürətli öyrən, daha yüksək bal al!

Icrammer.com imtahan hazırlığını yeni mərhələyə daşıyır: süni intellekt dəstəyi, 200 000-dən çox unikal tapşırıq və fərdiləşdirilmiş öyrənmə imkanları bir platformada.

Bu gün
13:580
Naxçıvanda müəllimlərin sertifikatlaşdırılması üzrə test imtahanlarına başlanılıbCəmiyyət

Naxçıvanda müəllimlərin sertifikatlaşdırılması üzrə test imtahanlarına başlanılıb

Naxçıvan Muxtar Respublikasında dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin ikinci dövriyyəsi üzrə test imtahanlarına başlanılıb.

Bu gün
13:490