
Naxçıvanda müəllimlərin sertifikatlaşdırılması üzrə test imtahanlarına başlanılıb
Naxçıvan Muxtar Respublikasında dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin ikinci dövriyyəsi üzrə test imtahanlarına başlanılıb.
Naxçıvan Muxtar Respublikasında dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin ikinci dövriyyəsi üzrə test imtahanlarına başlanılıb.
Bu barədə Gundem.today-a Naxçıvan Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, test imtahanına alman, fransız, ingilis, rus dilləri, Azərbaycan dili, Azərbaycan dili və ədəbiyyatı, informatika, riyaziyyat, kimya, biologiya, fizika, ibtidai sinif, coğrafiya, fiziki tərbiyə, gənclərin çağırışaqədərki hazırlığı, musiqi, tarix, təsviri incəsənət və texnologiya müəllimləri olmaqla, ümumilikdə 2 772 nəfərin cəlb olunması nəzərdə tutulub.
2-3 may tarixlərində keçirilən prosesdə alman, fransız, ingilis, rus dilləri, həmçinin Azərbaycan dili, Azərbaycan dili və ədəbiyyatı, informatika, riyaziyyat, kimya və biologiya fənləri üzrə 1 315 təhsilverən iştirak edib. İki gün ərzində 99.2 faiz iştirak qeydə alınıb. İmtahanda iştirak edən namizədlərdən 512-si 51-60 bal aralığında nəticə göstərib, 9 nəfəri isə ən yüksək nəticə - 60 bal toplayıb.
Xatırladaq ki, sertifikatlaşdırma prosesinin ikinci dövriyyəsi üzrə növbəti test imtahanları mayın 10-da fizika, ibtidai sinif, coğrafiya, mayın 11-də isə fiziki tərbiyə, gənclərin çağırışaqədərki hazırlığı, musiqi, tarix, təsviri incəsənət və texnologiya müəllimləri üçün təşkil olunacaq.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Cəmiyyət"Space" televiziyasına yeni baş direktor TƏYİN EDİLDİ
"Space" televiziyasına yeni baş direktor təyin edilib.
Cəmiyyət"Report" UNEC Tədqiqat Fondu ilə birlikdə yeni analitik məhsul təqdim edir
"Global Media Group" və UNEC Tədqiqat Fondunun birgə əməkdaşlığı çərçivəsində "Report" İnformasiya Agentliyində yeni analitik layihənin icrasına başlanılıb.
CəmiyyətKollecə hazırlaşanların DİQQƏTİNƏ: Bir ixtisas üzrə QƏBUL DAYANDIRILDI
Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş 2026/27-ci tədris ili üçün orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) tələbə qəbulu planında ümumi (9 illik) və tam (11 illik) orta təhsil bazasında "Fiziki tərbiyə müəllimliyi" ixtisası üzrə plan yeri ayrılmayıb.
CəmiyyətNeftçalada 11, Hacıqabulda 1 kənd qazsız qalacaq
Mayın 5-də saat 10:00-dan etibarən Neftçala və Hacıqabul rayonlarının bəzi ərazilərində qaz müvəqqəti kəsiləcək.