
Areq Koçinyan: "Ermənistan, Azərbaycan və Gürcüstan ekspertləri üçtərəfli formatda görüşməlidirlər"
"Ermənistan, Azərbaycan və Gürcüstanın ekspert icmalarının üçtərəfli formatda müzakirə aparmaq üçün çoxlu mövzuları var".
"Ermənistan, Azərbaycan və Gürcüstanın ekspert icmalarının üçtərəfli formatda müzakirə aparmaq üçün çoxlu mövzuları var".
Gundem.today "Report"a istinadla xəbər verir ki, bu barədə "Sülh körpüsü" təşəbbüsünün Ermənistan tərəfindən koordinatoru Areq Koçinyan Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətləri nümayəndələrinin görüşünün yekunlarına dair Qəbələdə keçirilən mətbuat konfransında bildirib.
"Ötən il Tbilisidə Azərbaycan, Ermənistan və Gürcüstanın xarici işlər nazirlərinin müavinləri səviyyəsində görüş keçirilib. Biz ekspert səviyyəsində bu görüşü əsas götürdük, çünki çoxdan deyirdik ki, belə bir görüşə və üçtərəfli formatda işə ehtiyac var. Müzakirə üçün çox sayda mövzular var. Bunlar ətraf mühit, xarici siyasət, risklər, nəqliyyat və logistika, iqtisadiyyat və sairədir", - o qeyd edib.
Onun sözlərinə görə, bu gün regional əməkdaşlıq formatı üçün bütün zəminlər mövcuddur.
Ermənistan Şurasının sədri olan A.Koçinyan hesab edir ki, dünyadakı hazırkı geosiyasi vəziyyət də Cənubi Qafqazda inteqrasiyanın güclənməsinə kömək edir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Siyasətİslamabadda danışıqlar uğursuz olarsa, nə baş verəcək? - VİDEO
Baku TV-nin "Aktual Gündəm" verilişinin yeni buraxılışı yayımlanıb.
SiyasətFərhad Məmmədov: "Cənubi Qafqazda inteqrasiyanın gücləndirilməsi üçün tam zəmin mövcuddur"
"Bu gün Cənubi Qafqazda regional inteqrasiyanın gücləndirilməsi üçün obyektiv zəmin mövcuddur".
SiyasətPrezident İlham Əliyevin Tbilisidə Gürcüstan baş naziri ilə görüşündən EKSKLÜZİV GÖRÜNTÜLƏR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tbilisidə Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə görüşündən eksklüziv görüntülər yayılıb.
SiyasətQəbələdə "Sülh Körpüsü" təşəbbüsü çərçivəsində növbəti görüş: Regional inkişaf müzakirə edildi - FOTO
"Sülh Körpüsü" təşəbbüsü çərçivəsində Qəbələ şəhərində Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirən ikitərəfli dəyirmi masa keçirilib. Növbəti görüşdə hər iki ölkədən qeyri-hökumət təşkilatlarının, media qurumlarının və beyin mərkəzlərinin nümayəndələri iştirak ediblər.