
İngiltərə Premyer Liqasında SENSASİYA: Lider "Arsenal" evdə "Bornmut"a uduzdu - VİDEO
İngiltərə çempionatının 32-ci turu çərçivəsində baş tutan ev oyununda "Arsenal" gözlənilməz şəkildə "Bornmut"a 1:2 hesabı ilə məğlub olub.
İngiltərə çempionatının 32-ci turu çərçivəsində baş tutan ev oyununda "Arsenal" gözlənilməz şəkildə "Bornmut"a 1:2 hesabı ilə məğlub olub.
Gundem.today xəbər verir ki, "Bornmut"un heyətində qolları Eli Krupi (17-ci dəqiqə) və Aleks Skott (74-cü dəqiqə) öz aktivinə yazdırıb. London təmsilçisinin yeganə qoluna isə 35-ci dəqiqədə penaltini dəqiq yerinə yetirən Viktor Dyokereş imza atıb.
Bununla da "Bornmut", İngiltərə Premyer Liqasında yanvarın 25-dən bəri "Arsenal"a ilk məğlubiyyətini yaşadıb.
Xatırladaq ki, London təmsilçisi sonuncu dəfə məhz həmin tarixdə öz meydanında "Mançester Yunayted"ə (2:3) uduzmuşdu. Həmin vaxtdan bəri "Arsenal" milli çempionatda altı qələbə qazanıb və iki dəfə heç-heçə etmişdi.
Bu, "Arsenal"ın son dörd matçda artıq üçüncü məğlubiyyətidir. Bundan əvvəl komanda İngiltərə Liqa Kubokunun finalında "Mançester Siti"yə (0:2), İngiltərə Kubokunun 1/4 finalında isə "Sauthempton"a (1:2) uduzmuşdu. Londonlular bu dövr ərzində yeganə qələbəsini Çempionlar Liqasının 1/4 finalının ilk oyununda "Sportinq"ə (1:0) qarşı qazanıb.
Hazırda "Arsenal" 32 oyundan sonra 70 xalla İngiltərə çempionatının turnir cədvəlinə başçılıq edir. Ehtiyatında iki oyunu olan və 61 xal toplayan "Mançester Siti" 2-ci yerdə qərarlaşıb. "Bornmut" isə 45 xalla 9-cu pillədədir. Növbəti turda, aprelin 19-da "Arsenal" səfərdə "Mançester Siti"nin qonağı olacaq, "Bornmut" isə bundan bir gün əvvəl səfərdə "Nyukasl"la qarşılaşacaq.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdman"Barselona"da Lamin Yamal həyəcanı: Gənc ulduz məşqi yarımçıq qoydu
Kataloniyanın "Barselona" klubunun gənc hücumçusu Lamin Yamal ötən gün keçirilən komanda məşqi zamanı qəfil narahatlıq yaşayıb.
İdman41 yaşlı əfsanə tarix yazmağa davam edir: Lebron Ceyms elit dördlüyə daxil oldu
Milli Basketbol Assosiasiyasının (NBA) dördqat çempionu, "Los-Anceles Leykers" klubunun şərəfini qoruyan 41 yaşlı amerikalı hücumçu Lebron Ceyms "Finiks Sanz"la baş tutan matçda (101:73) tarixi bir uğura imza atıb.
İdmanFutzal millimiz Gürcüstanda ardıcıl ikinci dəfə məğlub oldu
Futzal üzrə Azərbaycan milli komandası bu gün ikinci yoldaşlıq görüşünü keçirib.
İdmanAzərbaycanlı döyüşçü İsveçdə MMA turnirində braziliyalı rəqibinə qalib gəlib - FOTO
Azərbaycan təmsilçisi Əli Quliyev İsveçin Vasteros şəhərində keçirilən MMA üzrə "Fight Club Rush" turnirində qələbə qazanıb.