
Areq Koçinyan: "Sülh Körpüsü" Bakı və İrəvanın yaxınlaşması üçün işini davam etdirəcək"
"Sülh Körpüsü" təşəbbüsünün iştirakçıları Azərbaycan və Ermənistan arasında sülhün möhkəmləndirilməsi üçün fəaliyyətlərini davam etdirəcəklər".
"Sülh Körpüsü" təşəbbüsünün iştirakçıları Azərbaycan və Ermənistan arasında sülhün möhkəmləndirilməsi üçün fəaliyyətlərini davam etdirəcəklər".
Gundem.today "Report"a istinadla xəbər verir ki, bunu "Sülh Körpüsü" təşəbbüsünün Ermənistan tərəfindən koordinatoru, Ermənistan Şurasının prezidenti Areq Koçinyan bu gün iki ölkənin vətəndaş cəmiyyətləri nümayəndələrinin görüşünün yekunlarına həsr olunmuş mətbuat konfransında bəyan edib.
Onun sözlərinə görə, "Sülh Körpüsü" təşəbbüsünün məqsədi vətəndaş cəmiyyəti nümayəndələri, ekspertlər və media arasında əlaqələr və görüşlərin olmasıdır:
"Bu platforma cəmiyyətlərimizi 30 ildən çox davam edən münaqişədən sonra sülhə hazırlamaq üçündür. Bu, çox vacibdir. Bu, ekspertlərin yeni ideyalar gətirə, dövlət danışıqlarında hələ müzakirə olunmamış məsələləri müzakirə edə və tərəflərin bu məsələlərə yanaşmalarını qiymətləndirə biləcəyi bir platformadır".
A.Koçinyan bildirib ki, bu gün "Sülh Körpüsü" təşəbbüsünün dördüncü görüşünün keçirilməsi faktı özlüyündə artıq mühüm bir nəticədir:
"Bu, dördüncü görüş idi və biz dayanmaq niyyətində deyilik. Bu, özlüyündə mühüm amildir. Biz həmçinin razılaşdıq ki, yaxın gələcəkdə işimizə, əməkdaşlığımıza əlavə olacaq bir sıra təşəbbüslər - məqalələr, tədqiqatlar, birgə tədbirlər olacaq".
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətKüləkli hava şəraiti ilə bağlı sarı və narıncı XƏBƏRDARLIQ
Aprelin 12-13-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.
CəmiyyətADSEA: "Üzərində evlər tikildiyinə görə çökən kollektorun qəzalı hissəsi dəyişdirilir" - FOTO
Üzərində tikilən evlər səbəbindən Xətai rayonu, Rəşid Bağırov küçəsində çökən diametri 1200 mm-lik tullantı su kollektorunun təmir-bərpa işləri davam etdirilir.
CəmiyyətBakı, Abşeron və Xaçmazda suçəkmə işləri həyata keçirilir - VİDEO
Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən intensiv yağışlarla əlaqədar yaranan fəsadların aradan qaldırılması işləri davam etdirilir.
Cəmiyyətİçərişəhərdə qala divarlarında aşınma təkrarlana bilər - RƏSMİ
Bakının Kiçik Qala küçəsində yerləşən İçərişəhər qala divarında baş verən aşınma ilə bağlı təxirəsalınmaz tədbirlər görülür.