
Atışma zamanı Trampın yanında oturan UFC rəhbəri: "Hadisənin hər dəqiqəsindən həzz alırdım"
UFC prezidenti Dana Uayt Vaşinqtonun "Washington Hill" hotelində Ağ Ev Müxbirləri Assosiasiyasının qəbulu zamanı baş vermiş qalmaqallı hadisəni şərh edib.
UFC prezidenti Dana Uayt Vaşinqtonun "Washington Hill" hotelində Ağ Ev Müxbirləri Assosiasiyasının qəbulu zamanı baş vermiş qalmaqallı hadisəni şərh edib.
Gundem.today "MMA Junkie"yə istinadən xəbər verir ki, təntənəli şam yeməyi zamanı zalda atəş səslərinə bənzər səslər eşidilib və tədbirin fəxri qonağı, ABŞ Prezidenti Donald Tramp təhlükəsizlik xidməti tərəfindən dərhal təxliyə edilib.
*Trampın iştirak etdiyi tədbirdə atışma: Zal boşaldıldı, bir nəfər saxlanıldı - FOTO/VİDEO
*Trampın iştirak etdiyi qəbulda atəş açan şəxsə qarşı ittiham irəli sürülüb
*Trampın olduğu tədbirdə atəş açan şəxs kimi hədəfə aldığını açıqlayıb
*Trampın olduğu tədbirdə atəş açan şəxslə bağlı maraqlı detallar üzə çıxıb
"Birdən hər yer çox səs-küylü oldu. Masalar aşmağa başladı, əllərində silah olan adamlar "Hamı yerə uzansın!" qışqıraraq içəri qaçdılar. Amma mən uzanmadım. Bu, son dərəcə möhtəşəm idi. Hər dəqiqəsindən həzz alırdım, çox maraqlı və unikal bir təcrübə idi. Biz prezidentlə demək olar ki, yan-yana oturmuşduq. Heç kim xəsarət almadı, lakin uşaqlar bizim masanın ətrafında atəş açanları axtarırdılar. Hesab edirəm ki, atıcı haradasa yaxınlıqda idi", - deyə D.Uayt qeyd edib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdmanYamal Ronaldunu qabaqladı
"Barselona" futbol klubunun vingeri Lamin Yamal İspaniya La Liqasında ayın ən yaxşı oyunçusu mükafatlarının sayına görə "Real Madrid"in sabiq hücumçusu Kriştianu Ronaldunu qabaqlayıb.
İdmanXetaq Qazyumov Avropada ilin məşqçisi seçilib
Sərbəst güləş üzrə Azərbaycan millisinin baş məşqçisi Xetaq Qazyumov Avropa Güləş İttifaqı tərəfindən ən yaxşı məşqçi seçilib.
İdmanUkraynalı boksçu Aleksandr Usik peşəkar karyerasını başa vurmasından danışıb
Ukraynalı boksçu Aleksandr Usik peşəkar karyerasını tezliklə başa vuracağını bəyan edib.
İdmanDünya Kuboku: Azərbaycanın üç boksçusu finala yüksəlib, biri bürünc medala sahib olub - FOTO
Braziliyanın Fos-du-İquasu şəhərində boks üzrə keçirilən Dünya Kubokunda yarımfinal mərhələsinin döyüşləri başa çatıb. Azərbaycan millisinin üç idmançısı bu mərhələdə qələbə qazanaraq finala yüksəlib.