
İmişlidə Kürün səviyyəsi qalxdı: Yüzlərlə hektar torpaq SU ALTINDA QALDI - FOTO
Kür çayında su səviyyəsinin qalxması İmişli rayonunun daha iki kəndində pay və bələdiyyə torpaq sahələrinin su altında qalmasına səbəb olub.
Kür çayında su səviyyəsinin qalxması İmişli rayonunun daha iki kəndində pay və bələdiyyə torpaq sahələrinin su altında qalmasına səbəb olub.
Gundem.today "Report"a istinadən xəbər verir ki, bu barədə rayonun Məmmədli bələdiyyəsindən məlumat verilib.
Bildirilib ki, rayonun Ağamalılar kəndində 40 hektar, Telişli kəndində isə təxminən 35 hektar əkin sahəsi su altında qalıb.
Həmçinin daha əvvəl Əlyetməzli kəndində su altında qalan 35 hektar ərazi genişlənərək 215-ə çatıb, eləcə də 10 hektar bələdiyyə torpağı su altında qalıb.
Qeyd edək ki, Məmmədli kəndinə məxsus 5.62 hektar pay torpaq sahəsi, həmçinin Məmmədli bələdiyyəsinin mülkiyyətində olan 11 hektar əkin sahəsi də suların təsirinə məruz qalıb.
Hazırda aidiyyəti qurumlar tərəfindən mümkün risklərin qarşısının alınması istiqamətində əlavə tədbirlər davam etdirilir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətYollarda görünüş məsafəsi məhdudlaşacaq
Azərbaycanın avtomobil yollarında aprelin 27-də müşahidə ediləcək vəziyyət açıqlanıb.
CəmiyyətBakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.
CəmiyyətAbşeronun "qırmızı qızıl"ı - Süfrələrimizə dad qatan məhsulun istehsalı üçün fermerlərə nə qədər subsidiya verilir?
"Qırmızı qızıl" kimi parlayan zəfəran uzun illər Azərbaycanda təkcə kənd təsərrüfatı məhsulu deyil, həm də mədəni irsin, məişət ənənələrinin və milli mətbəxin ayrılmaz hissəsi olub. Tarixən bu məhsulun əsas ünvanı Bakı və Abşeron yarımadası sayılıb. Abşeron zəfəranı keyfiyyəti, ətri və rəngi ilə seçilib, ölkə daxilində, eləcə də regionda tanınıb. Lakin 2021-2025-ci illəri əhatə edən rəsmi statistik rəqəmlərin təhlili göstərir ki, bu tarixi üstünlük tədricən zəifləyir, Azərbaycanın zəfəran xəritə
CəmiyyətAğdərədə minaya düşən Xocalı sakininin VƏZİYYƏTİ AÇIQLANIB
Ağdərə rayonunda minaya düşən şəxsin son vəziyyəti açıqlanıb.