
Avropa çempionatı: Azərbaycanın daha bir güləşçisi bürünc medal qazandı
Azərbaycanın daha bir yunan-Roma güləşçisi İslam Abbasov Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında bürünc medal qazanıb.
Azərbaycanın daha bir yunan-Roma güləşçisi İslam Abbasov Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında bürünc medal qazanıb.
Gundem.today xəbər verir ki, 87 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz üçüncü yer uğrunda qarşılaşmada türkiyəli Doğan Kayaya (5:1) qalib gələrək fəxri kürsüyə yüksəlib.
Daha əvvəl güləşçilərimizdən Rəşad Məmmədov (55 kq) bürünc medala sahib çıxıb.
Azərbaycanın yunan-Roma güləşçisi Rəşad Məmmədov Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında bürünc medal qazanıb.
Gundem.today xəbər verir ki, 55 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz üçüncü yer uğrunda qarşılaşmada türkiyəli Ömər Halis Rəcəbə (8:0) qalib gələrək fəxri kürsüyə yüksəlib.
Qeyd edək ki, bu gün İslam Abbasov (87 kq) və Beka Kandelaki (130 kq) də bürünc medal uğrunda yarışacaqlar.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdmanAvropa çempionatı: Azərbaycan güləşçiləri günü iki bürünc medalla başa vurublar
Azərbaycanın yunan-Roma güləşçisi Beka Kandelaki Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında bürünc medal uğrunda görüşdə uduzub.
İdmanİtaliyada 50 futbolçunun adı gecə əyləncələrində hallandı
Milan Prokurorluğu fahişəlik və nəşələndirici qazla müşayiət olunan gecə əyləncələri təşkil etməkdə şübhəli bilinən şirkətlə bağlı araşdırmaya başlayıb.
İdmanİsa Rüstəmov Avropa çempionatında gümüş medal qazanıb
Azərbaycanlı ağırlıqqaldıran İsa Rüstəmov Gürcüstanın Batumi şəhərində keçirilən Avropa çempionatında gümüş medal əldə edib.
İdmanFIFA qadın millilərin yeni reytinq siyahısını təqdim etdi: Azərbaycan neçənci sıradadır?
FIFA qadın futbolçulardan ibarət milli komandalar üçün ilin ilk reytinq cədvəlini açıqlayıb.