Son dəqiqə
ABŞ və İranın razılığa gələ bilməməsi Honkonq birjasında təlaş yaradıbGoranboyda unudulan kənd: Nə normal asfalt var, nə də içməli su - VİDEOBüdcə yox, sistem qalib gəlir: Azərbaycan klubları üçün "Budyo Qlimt" nümunəsiMoldovalı oliqarx milyard dollarlıq mənimsəməyə görə 19 il həbs olunduCənubi Koreyada qırıcıların toqquşması üzə çıxdı: Pilotların telefonla şəkil çəkməsi qəzaya səbəb olubBolqarıstanda Ukraynaya məxsus avtobus öz sərnişinlərini vurub: Ölənlər var - FOTO - VİDEO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Dünya
  3. Avropa İttifaqında miqrantların sayında tarixi REKORD
Avropa İttifaqında miqrantların sayında tarixi REKORD
Dünya

Avropa İttifaqında miqrantların sayında tarixi REKORD

Bu gün
16:48
0 baxış
Paylaş:

2025-ci ildə Avropa İttifaqı (Aİ) ölkələrində məskunlaşan miqrantların sayı 64 milyon nəfər olmaqla tarixi maksimuma çatıb. Bu göstərici ümumi Avropa əhalisinin təqribən 14 faizini təşkil edir.

2025-ci ildə Avropa İttifaqı (Aİ) ölkələrində məskunlaşan miqrantların sayı 64 milyon nəfər olmaqla tarixi maksimuma çatıb. Bu göstərici ümumi Avropa əhalisinin təqribən 14 faizini təşkil edir.

Gundem.today-ın məlumatına görə, bu statistika Danimarkada fəaliyyət göstərən "Rockwool" qeyri-kommersiya fondunun Berlin nümayəndəliyinin hazırladığı hesabatda öz əksini tapıb.

Statistik məlumatlar "Avrostat" və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının bazalarına istinadən hazırlanıb.

Sənəddə qeyd olunur ki, hazırda Aİ ərazisində birlik sərhədlərindən kənarda dünyaya gələn rekord sayda əhali yaşayır. 2026-cı ildə isə 2.1 milyon nəfər əlavə artım olacağı proqnozlaşdırılır. Amma bu 2024-cü illə müqayisədə 500 min nəfər daha azdır.

2010-cu ilin nəticələrinə əsasən, Aİ-də xaricdə doğulan sakinlərin sayı 40 milyon nəfər hesablanırdı. Tədqiqatın nəticələrinə görə, artımın əsas hissəsi Almaniya, Fransa, İspaniya və İtaliyanın hesabına formalaşıb. Son 15 il ərzində Almaniyada qeydiyyatda olan miqrantların sayı 10.5 milyondan 17.7 milyona qalxıb ki, bu da təqribən 70 faiz artım deməkdir.

Aİ ərazisində miqrantların ümumi əhalidəki orta çəkisi 14.2 faiz səviyyəsindədir. Kiçik dövlətlərdə bu rəqəm daha yuxarıdır: Lüksemburqda əhalinin yarısından çoxunu (51.6 faiz), Malta və Kiprdə isə təqribən üçdə birini təşkil edir. Ən aşağı faiz göstəriciləri Şərqi Avropa ölkələrindədir - Slovakiya, Bolqarıstan və Polşada 5 faizdən az olduğu təxmin edilir. Polşa 1 milyona yaxın qaçqına sığınacaq verməsinə rəğmən bu parametrdə Aİ ölkələri arasında ən son sıradadır. Qaçqın qəbulu üzrə isə yalnız Almaniya (2.7 milyon) daha yüksək göstəriciyə malikdir.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Dünya#İspaniya#İtaliya#Fransa#Almaniya#Avropa_İttifaqı_(Aİ)#Birləşmiş_Millətlər_Təşkilatı_(BMT)

Oxşar Xəbərlər

ABŞ və İranın razılığa gələ bilməməsi Honkonq birjasında təlaş yaradıbDünya

ABŞ və İranın razılığa gələ bilməməsi Honkonq birjasında təlaş yaradıb

Tehran və Vaşinqton arasındakı münaqişənin həllinə yönəlik razılaşmanın əldə olunmaması səbəbindən Honkonq Fond Birjasında səhmlərin dəyəri ucuzlaşmaqdadır.

Bu gün
18:160
Moldovalı oliqarx milyard dollarlıq mənimsəməyə görə 19 il həbs olunduDünya

Moldovalı oliqarx milyard dollarlıq mənimsəməyə görə 19 il həbs olundu

Moldovada Demokratik partiyanın keçmiş lideri, oliqarx Vladimir Plaxotnyuk 19 il həbs cəzasına məhkum edilib.

Bu gün
18:000
Cənubi Koreyada qırıcıların toqquşması üzə çıxdı: Pilotların telefonla şəkil çəkməsi qəzaya səbəb olubDünya

Cənubi Koreyada qırıcıların toqquşması üzə çıxdı: Pilotların telefonla şəkil çəkməsi qəzaya səbəb olub

Cənubi Koreya iki qırıcı təyyarə havada toqquşub.

Bu gün
17:580
Bolqarıstanda Ukraynaya məxsus avtobus öz sərnişinlərini vurub: Ölənlər var - FOTO - VİDEODünya

Bolqarıstanda Ukraynaya məxsus avtobus öz sərnişinlərini vurub: Ölənlər var - FOTO - VİDEO

Bolqarıstanda Ukraynaya məxsus turist avtobusu öz sərnişinlərinin üzərinə sürüb və onları vurub. Hadisə nəticəsində ən azı iki nəfər ölüb, 16 nəfər yaralanıb.

Bu gün
17:560