Son dəqiqə
"SALOGLU Mebel"də sonuncu fabrik kampaniyasının bitmə tarixi açıqlandı - VİDEOBirlik sədri: "Hotellərdə müəyyən mənada insan alveri üçün dəhlizlər var" - FOTOUkrayna Rusiyanın aeronaviqasiya binasını vurdu: 13 hava limanının fəaliyyəti dayandırıldı - VİDEOİndoneziyada vulkan püskürməsi nəticəsində iki alpinist öldü - VİDEO"Çelsi"nin ulduzu Kol Palmer digər İngiltərə nəhənginə keçmək istəyirİndoneziyada vulkan püskürdü, ərazidəki 20 turist itkin düşdü - VİDEO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Dünya
  3. "Azadlıq layihəsi" əməliyyatını dayandırmağı Trampdan kim xahiş edib?
"Azadlıq layihəsi" əməliyyatını dayandırmağı Trampdan kim xahiş edib?
Dünya

"Azadlıq layihəsi" əməliyyatını dayandırmağı Trampdan kim xahiş edib?

Bu gün
10:28
0 baxış
Paylaş:

Pakistan ABŞ-dən İranla danışıqlar dövründə hərbi münaqişə səbəbindən Hörmüz boğazında qalan gəmilərlə bağlı "Azadlıq layihəsi" əməliyyatını dayandırmağı xahiş edib.

Pakistan ABŞ-dən İranla danışıqlar dövründə hərbi münaqişə səbəbindən Hörmüz boğazında qalan gəmilərlə bağlı "Azadlıq layihəsi" əməliyyatını dayandırmağı xahiş edib.

Gundem.today TASS-a istinadən xəbər verir ki, bunu ABŞ lideri Donald Tramp bildirib.

"Pakistan və ölkənin liderləri əla iş gördülər. Onlar bizdən danışıqlar zamanı bunu həyata keçirməməyi xahiş etdilər", - deyə Tramp jurnalistlərlə söhbətində diqqətə çatdırıb.

ABŞ lideri əlavə edib ki, lazım gələrsə sözügedən əməliyyatı bərpa olunacaq.

Daha əvvəl "The Wall Street Journal" nəşri mənbələrinə istinadən xəbər vermişdi ki, ABŞ prezidenti eskalasiyadan narahatlığını ifadə edən Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səud ilə telefon danışığından sonra "Azadlıq layihəsi"ni dayandırıb.

Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.

İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.

İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.

Həmçinin Hörmüz boğazından gəmilərin keçidində ciddi problemlər yaranıb.

Aprelin 8-də Donald Tramp Tehrana verdiyi ultimatumun vaxtının bitməsinə bir neçə saat qalmış Vaşinqtonun ikihəftəlik atəşkəslə razılaşdığını elan edib.

Daha sonra İslamabadda tərəflərin ilk görüşü keçirilib.

Aprelin 22-nə planlaşdırılmış ikinci görüş isə baş tutmayıb.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Dünya#Pakistan#ABŞ#İran#Donald_Tramp#Hörmüz_boğazı#Azadlıq_layihəsi#Səudiyyə_Ərəbistanı#Məhəmməd_bin_Salman#gəmilərin_müşayiəti#hərbi_əməliyyat

Oxşar Xəbərlər

Ukrayna Rusiyanın aeronaviqasiya binasını vurdu: 13 hava limanının fəaliyyəti dayandırıldı - VİDEODünya

Ukrayna Rusiyanın aeronaviqasiya binasını vurdu: 13 hava limanının fəaliyyəti dayandırıldı - VİDEO

Ukrayna ordusu Rusiyanın Rostov bölgəsində "Cənubi Rusiyanın Aeronaviqasiyası" filialının inzibati binasına PUA zərbələri endirib.

Bu gün
11:300
İndoneziyada vulkan püskürməsi nəticəsində iki alpinist öldü - VİDEODünya

İndoneziyada vulkan püskürməsi nəticəsində iki alpinist öldü - VİDEO

İndoneziyada Dukono vulkanının püskürməsi nəticəsində iki əcnəbi turist həlak olub.

Bu gün
11:280
İndoneziyada vulkan püskürdü, ərazidəki 20 turist itkin düşdü - VİDEODünya

İndoneziyada vulkan püskürdü, ərazidəki 20 turist itkin düşdü - VİDEO

İndoneziya hökuməti Halmahera adasında Dukono vulkanının püskürməsindən sonra itkin düşmüş 20 turistin axtarış-xilasetmə əməliyyatını həyata keçirir.

Bu gün
11:160
BƏƏ sahillərində Çinin neft tankerinə hücum edildiDünya

BƏƏ sahillərində Çinin neft tankerinə hücum edildi

BƏƏ sahillərində Marşal adaları bayrağı altında üzən Çin gəmisinə hücum edilib. Nəticədə tankerə ziyan dəyib.

Bu gün
10:160