
Azadlıq prospektindəki nişan sürücüləri ÇAŞDIRDI: "Giriş qadağandır, yoxsa?.." - FOTO
Bakının Azadlıq prospekti ilə Qulu Quliyev küçəsinin kəsişməsində quraşdırılan yol nişanı sürücülərin çaşqınlığına səbəb olub.
Bakının Azadlıq prospekti ilə Qulu Quliyev küçəsinin kəsişməsində quraşdırılan yol nişanı sürücülərin çaşqınlığına səbəb olub.
Gundem.today xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə paylaşım edilib.
İddialara görə, ərazidə yerləşdirilən "giriş qadağandır" nişanı maneənin arxasında qaldığından sürücülər tərəfindən görünmür.
Şikayətdə bildirilib ki, nişanın görünməməsi sürücülərin hərəkət istiqamətini müəyyənləşdirməsində çətinlik yaradır.
"Üstəlik, nişan girişin qadağan olunduğunu göstərdiyi halda, küçədə ödənişli parklanma yerləri də təşkil edilib. Bu isə həmin istiqamətdə hərəkətin qadağan olunmadığı təəssüratı yaradır", - deyə paylaşımda qeyd olunub.
Gundem.today-ın sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, sözügedən ərazidə quraşdırılan nişan naməlum səbəbdən istiqamətini dəyişib.
"Artıq nişanın istiqaməti dəyişdirilib və problem aradan qaldırılıb", - deyə məlumatda bildirilib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətŞəhid xanımına leytenant rütbəsi təqdim olundu - FOTO
Şəhid Anar Əliyevin həyat yoldaşı Vüsalə Əliyevaya leytenant rütbəsi verilib.
CəmiyyətDünya yenidən TƏŞVİŞ İÇİNDƏ: Hantavirus nədir? - Ölümcül infeksiyanın ƏLAMƏTLƏRİ
Mayın 4-də Ümumdünya Səhiyyə Təşkilatı Atlantik okeanında Argentinadan Kabo-Verdeyə hərəkət edən, Niderlanda məxsus "MV Hondius" kruiz gəmisində hantavirus infeksiyasının yayıldığını açıqlayıb. Son bilgilərə əsasən, gəmidə səkkiz yoluxma halı təsdiqlənib, onlardan üçü ölümlə nəticələnib. Maraqlıdır ki, əsasən, Amerika qitəsində rast gəlinən virusun əhatə dairəsi genişlənib, ona İsraildə də rast gəlinib.
CəmiyyətNazilə Salmanova instituta direktor təyin edildi
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən instituta yeni direktor təyin olunub.
CəmiyyətAQTA məşhur restoranda aparılan yoxlamanın görüntülərini təqdim etdi - FOTO - VİDEO
Mediada "Alp Delux" şadlıq evində yoxlama aparılmaması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.