Son dəqiqə
Xarici İşlər Nazirliyində işləmək istəyənlərin NƏZƏRİNƏPolis kursantları Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş fləşmob keçirblər - FOTO - VİDEOParisin Cənubi Qafqaz siyasətinin pərdəarxası: İnsan haqları ritorikası altında geosiyasi maraqlar? - VİDEOŞəhid xanımına leytenant rütbəsi təqdim olundu - FOTO"Report" Analitik Qrupundan Rusiyanın "Birinci kanal"ına tərs şillə"Real Madrid"də nələr baş verir? - Alonsonun gedişi komandanı iki yerə bölübmüş
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Siyasət
  3. "Report" Analitik Qrupundan Rusiyanın "Birinci kanal"ına tərs şillə
"Report" Analitik Qrupundan Rusiyanın "Birinci kanal"ına tərs şillə
Siyasət

"Report" Analitik Qrupundan Rusiyanın "Birinci kanal"ına tərs şillə

Bu gün
18:42
0 baxış
Paylaş:

Mayın 6-da Rusiya dövlət mediasının efirində ölkəmizə qarşı növbəti təxribatın şahidi olduq. Ölkənin "Birinci kanalı"nda yayımlanan "Zaman göstərəcək" ("Vremya pokajet") verilişində Azərbaycan Respublikasının təhrif olunmuş xəritəsi nümayiş etdirilib, orada artıq beş il əvvəl ləğv edilmiş və uzun illər davam edən işğal və tarixi ədalətsizlik dövrü ilə assosiasiya olunan qondarma "Dağlıq Qarabağ" ayrıca inzibati vahid kimi göstərilib.

Mayın 6-da Rusiya dövlət mediasının efirində ölkəmizə qarşı növbəti təxribatın şahidi olduq. Ölkənin "Birinci kanalı"nda yayımlanan "Zaman göstərəcək" ("Vremya pokajet") verilişində Azərbaycan Respublikasının təhrif olunmuş xəritəsi nümayiş etdirilib, orada artıq beş il əvvəl ləğv edilmiş və uzun illər davam edən işğal və tarixi ədalətsizlik dövrü ilə assosiasiya olunan qondarma "Dağlıq Qarabağ" ayrıca inzibati vahid kimi göstərilib.

Azərbaycan Xarici İşlər Nazirliyi məsələ ilə bağlı artıq sərt bəyanatla çıxış edib - Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik hallarına münasibətdə Azərbaycan diplomatik leksikonunda yumşaq ifadələr nəzərdə tutulmayıb. Bakı Moskvadan rəsmi izahat, eləcə də gələcəkdə bu kimi halların qarşısının alınması üçün zəruri tədbirlərin görülməsini tələb edib.

"Mayın 6-da Rusiyanın dövlətə məxsus "Birinci kanalı"nın "Vremya pokajet" proqramında Azərbaycan Respublikasının təhrif olunmuş xəritəsinin nümayiş etdirilməsi və orada qondarma "Dağlıq Qarabağ"ın göstərilməsi ciddi təxribat və yolverilməz siyasi manipulyasiyadır", - deyə qurumun bəyanatında bildirilir.

"Rusiya dövlət kanalında köhnəlmiş, yalan və separatizmi təşviq edən narrativlərin tirajlanması Azərbaycan-Rusiya münasibətlərinin ruhuna, həmçinin qarşılıqlı hörmət və mehriban qonşuluq prinsiplərinə ziddir. Bu xüsusilə də Rusiya tərəfinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmətlə bağlı dəfələrlə verdiyi bəyanatlar fonunda qəbuledilməzdir", - sənəddə vurğulanır.

Maraqlıdır ki, Rusiya bütün siyasi səviyyələrdə, o cümlədən ali rəhbərlik səviyyəsində Azərbaycanın ərazi bütövlüyünü qeyd-şərtsiz tanıyır. Lakin belə görünür ki, ya bu mövqe səmimi deyil, ya da Rusiya siyasi isteblişmentində heç də hamı rəsmi kursa əməl etmir. Biz dəfələrlə İkinci Qarabağ müharibəsinin nəticələrini şübhə altına alan, 2020-ci ilin sentyabrına qədər mövcud olmuş status-kvoya ritorik şəkildə qayıtmaq imkanını yaratmağa çalışan deputatların, partiya və ictimai xadimlərin açıqlamalarının şahidi olmuşuq.

Bundan başqa, 2020-2023-cü illərdə Rusiya sülhməramlılarının yerləşdiyi ərazilərdə onların iştirakı ilə vaxtaşırı Azərbaycanın Qarabağ üzərində tam nəzarətinin qarşısını almağa yönəlmiş tədbirlər də keçirilib. Bunlara separatçı simvolikanın müşayiəti ilə keçirilən tədbirlər, erməni terrorçularına abidələrin açılması, Ruben Vardanyanın nəzarətində rejim formalaşdırmaq cəhdləri və sair aiddir.

Amma bütün bunlar artıq tarixdir. Azərbaycan, böyük beynəlxalq təzyiqlərinə baxmayaraq, Prezident İlham Əliyevin rəhbərliyi altında diplomatik və hərbi vasitələri məharətlə birləşdirərək Qarabağ və Şərqi Zəngəzur üzərində suverenliyini tam bərpa edib. Ötən ilin avqustunda ABŞ-da Prezident Donald Trampın iştirakı ilə Azərbaycan və Ermənistan arasında formalaşan de-fakto sülh artıq reallığa çevrilib və dünya ictimaiyyəti tərəfindən müsbət qarşılanır. Hazırda tərəflər arasında ticarət əlaqələrinin ilk addımları müşahidə olunur, "Sülh körpüsü" təşəbbüsü çərçivəsində vətəndaş cəmiyyətinin xətti ilə təmaslar qurulur.

Belə bir dövrdə Rusiyanın dövlət kanalının efirində Azərbaycanın təhrif olunmuş xəritəsinin nümayişini sadəcə texniki səhv kimi qiymətləndirmək çətindir. Görünür, Moskva siyasi elitasının müəyyən nümayəndələri artıq dəfələrlə iflasa uğramış "Qarabağ kartı"ndan öz maraqları naminə istifadə etməyə çalışırlar. Ola bilsin ki, burada Ermənistanda parlament seçkilərinin aktiv mərhələsi də müəyyən rol oynayır. Çünki baş nazir Nikol Paşinyanın partiyasının əsas rəqibləri məhz Samvel Karapetyan və Robert Koçaryanın rəhbərlik etdiyi rusiyapərəst qüvvələrdir.

Ermənistanın rusiyapərəst müxalifəti revanşist tezislərdən fəal şəkildə istifadə edir, regionda sülh gündəliyinə qarşı çıxır və Paşinyanı məğlubiyyət siyasəti yürütməkdə ittiham edir. Kreml isə məhz bu siyasi qüvvələrə üstünlük verdiyini çox da gizlətmir.

Əgər Moskvada hesab edirlərsə ki, Ermənistandakı siyasi maraqlarını Azərbaycanın maraqları hesabına təmin etmək mümkündür və ya bu cəhdlər Bakıda diqqətdən kənarda qalacaq, o zaman ciddi şəkildə yanılırlar. Qondarma "Dağlıq Qarabağ"ın əks olunduğu xəritənin dövlətə məxsus kanalın efirində nümayiş etdirilməsi Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannaməyə tam ziddir.

Üstəlik, Bakı ilə Moskva arasında münasibətlər AZAL təyyarəsinin Qroznı üzərində vurulması ilə bağlı insidentdən sonra yaranmış mürəkkəb mərhələdən yenicə çıxmışdı. Belə bir vəziyyətdə "Birinci kanal"ın bu təxribatı, sifarişçilərin hansı məqsədləri güdməsindən asılı olmayaraq, tərəflər arasında etimad mühitinin bərpasına açıq şəkildə mane olur.

İstisna deyil ki, Moskvada bununla Azərbaycan Prezidentinin 9 May paradında iştirak etməməsindən narazılıq ifadə etməyə çalışıblar. Lakin dərc olunan qonaq siyahısından da göründüyü kimi, Moskvadakı tədbirə əsasən dünyada tanınmayan separatçı qurumların liderləri qatılacaq. Bəlkə "Birinci kanal" məhz onlara yarınmağa çalışıb?

Azərbaycan xalqının faşizmə qarşı mübarizədə həyatını i

#Siyasət#Report_İnformasiya_Agentliyi#Rusiya_Federasiyası#Qarabağ#Azərbaycan

Oxşar Xəbərlər

Parisin Cənubi Qafqaz siyasətinin pərdəarxası: İnsan haqları ritorikası altında geosiyasi maraqlar? - VİDEOSiyasət

Parisin Cənubi Qafqaz siyasətinin pərdəarxası: İnsan haqları ritorikası altında geosiyasi maraqlar? - VİDEO

Baku TV-nin "Aktual Gündəm" verilişinin yeni buraxılışında Fransanın Afrikadakı uğursuzluğu fonunda Yaxın Şərq, Cənubi Qafqaz və Mərkəzi Asiya ilə bağlı apardığı siyasət barədə müzakirə aparılıb.

Bu gün
18:480
Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü Həştərxanda qeyd edilib - FOTOSiyasət

Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü Həştərxanda qeyd edilib - FOTO

Azərbaycan xalqının ümummilli lideri, müasir və qalib respublikamızın qurucusu və memarı Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü Rusiya Federasiyasının Həştərxan vilayətində qeyd edilib.

Bu gün
17:390
BMT-dən Fransaya XƏBƏRDARLIQSiyasət

BMT-dən Fransaya XƏBƏRDARLIQ

BMT-nin İrqi ayrı-seçkiliyin ləğvi üzrə Komitəsi Fransanın müstəmləkəsi altında olan Kanaki (Yeni Kaledoniya) ilə bağlı bəyanat qəbul edib.

Bu gün
17:160
İqtisadi Şuranın iclası keçirilib: Fuad Nağıyevin təqdimatı dinlənilib - FOTOSiyasət

İqtisadi Şuranın iclası keçirilib: Fuad Nağıyevin təqdimatı dinlənilib - FOTO

8 may tarixində Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun rəhbərliyi ilə keçirilən İqtisadi Şuranın iclasının gündəliyində Azərbaycanda turizm sahəsində mövcud vəziyyət, problemlər, inkişaf perspektivləri, turizm bazarının genişləndirilməsi, turizmin inkişafı istiqamətində əsas prioritet tədbirlər və carı iqtisadi məsələlər ətraflı müzakirə olunub.

Bu gün
17:100