Son dəqiqə
Bizneslərin premium müştəriləri üçün yeni rəqəmsal xidmət həlliMingəçevirdə dava: 60 yaşlı kişinin BAŞI KƏRPİC ZƏRBƏSİLƏ YARILDIAzərbaycan Pakistana humanitar yardım göstərib - FOTOSosial Xidmətlər Agentliyində struktur dəyişikliyi olub"Expressbank"ın dəstəyi ilə VI Autizm Festivalı baş tutubAli Məhkəmə ölkəmizin əleyhinə casusluq edənlərlə bağlı qərar verdi
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Siyasət
  3. Azərbaycan BMT-də miqrasiya forumuna həmsədrlik edir - FOTO
Azərbaycan BMT-də miqrasiya forumuna həmsədrlik edir - FOTO
Siyasət

Azərbaycan BMT-də miqrasiya forumuna həmsədrlik edir - FOTO

Bu gün
09:50
0 baxış
Paylaş:

Birləşmiş Millətlər Təşkilatının (BMT) Nyu-Yorkdakı Baş Qərargahında ikinci Beynəlxalq Miqrasiya İcmalı Forumu (Forum) öz işinə başlayıb.

Birləşmiş Millətlər Təşkilatının (BMT) Nyu-Yorkdakı Baş Qərargahında ikinci Beynəlxalq Miqrasiya İcmalı Forumu (Forum) öz işinə başlayıb.

Gundem.today xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidməti (DMX) məlumat yayıb.

Bildirilib ki, forumda Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynovun rəhbərlik etdiyi Azərbaycan Respublikası nümayəndə heyəti iştirak edir. Heyətin tərkibində ölkəmizin BMT yanında daimi nümayəndəsi Tofiq Musayev başda olmaqla daimi nümayəndəliyin əməkdaşları da yer alıb.

Beynəlxalq Miqrasiya İcmalı Forumu dörd ildən bir təşkil olunan miqrasiya sahəsində əsas qlobal tədbirdir. Bu hökumətlərarası platformanın məqsədi "Təhlükəsiz, nizamlı və qanuni miqrasiya üzrə Qlobal Pakt"ın (Miqrasiya üzrə Qlobal Pakt) icrasına nəzər salmaq, nailiyyətləri və mövcud boşluqları müzakirə etməkdir. Forum, həmçinin növbəti dörd il üçün miqrasiya idarəçiliyinin perspektivlərini müəyyənləşdirir. Tədbirdə hökumətlər, beynəlxalq təşkilatlar, vətəndaş cəmiyyəti və digər tərəflər qlobal miqrasiya proseslərinin daha səmərəli və inklüziv idarə olunmasına dair fikir mübadiləsi aparırlar.

Ölkəmizin miqrasiya sahəsində müxtəlif səviyyələrdə həyata keçirdiyi fəaliyyətin nəticəsi olaraq, bu dəfə Azərbaycan Respublikası 2026-cı il üçün Miqrasiya üzrə Qlobal Paktın icrası üzrə "Çempion ölkələr" təşəbbüsünün həmsədri qismində sözügedən təşəbbüsə qoşulmuş dövlətlər adından birgə bəyanat təqdim edəcək, milli bəyanatla çıxış edəcək.

Forumun ilk günündə Miqrasiya üzrə Qlobal Paktın məqsədlərinə münasibətdə icra vəziyyətinin müzakirəsi üçün əsas platforma olan dörd dəyirmi masadan birinə həmsədrlik BMT Baş assambleyasının prezidenti tərəfindən Azərbaycan Respublikasına həvalə edilib. Dəyirmi masalara ümumilikdə səkkiz ölkə həmsədrlik edir.

Azərbaycanın İsveç Krallığı ilə birgə həmsədrlik etdiyi 1-ci dəyirmi masa Miqrasiya üzrə Qlobal Paktın miqrasiyaya səbəb olan mənfi amillərin azaldılması, tənzimlənən miqrasiya yollarının əlçatanlığının artırılması, ədalətli işə qəbul, ilkin yoxlanış və istiqamətləndirmə prosedurları və bacarıqların inkişafı və qarşılıqlı tanınması ilə bağlı olan məqsədlərinin icrasına həsr olunub.

Birinci dəyirmi masada müxtəlif ölkələrdən və beynəlxalq təşkilatlardan nümayəndələr panel məruzəçi qismində Miqrasiya üzrə Qlobal Paktın məqsədləri barədə fikir mübadiləsi aparıb və iştirakçıların suallarını cavablandırıblar.

Dəyirmi masaların yekununda Beynəlxalq Miqrasiya Təşkilatının sədrliyi ilə keçiriləcək siyasi dialoq çərçivəsində birinci dəyirmi masanın xülasəsi Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov tərəfindən təqdim olunacaq.

Qeyd edək ki, Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun (WUF13) qlobal təşviqinə dəstək məqsədilə Azərbaycan Respublikası, Beynəlxalq Miqrasiya Təşkilatı və BMT-nin Məskunlaşma Proqramının birgə təşkilatçılığı ilə BMT Baş Qərargahında miqrasiya və urbanizasiya mövzularına həsr olunmuş yüksəksəviyyəli əlavə tədbir keçiriləcək.

Forum öz işini mayın 8-də yekunlaşdıracaq.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#BMT#Beynəlxalq_Miqrasiya_İcmalı_Forumu#miqrasiya_siyasəti#Vüsal_Hüseynov#Dövlət_Miqrasiya_Xidməti#Nyu-York#Qlobal_Pakt#Çempion_ölkələr_təşəbbüsü#miqrasiya_idarəçiliyi#Ümumdünya_Şəhərsalma_Forumu.

Oxşar Xəbərlər

Azərbaycan Pakistana humanitar yardım göstərib - FOTOSiyasət

Azərbaycan Pakistana humanitar yardım göstərib - FOTO

2025-ci ildə Pakistanın Sind əyalətində baş vermiş güclü daşqınların fəsadlarının aradan qaldırılması məqsədilə Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) dəstəyi ilə humanitar yardım təşəbbüsü həyata keçirilib.

Bu gün
11:340
Ölkəmiz üzərindən Ermənistana taxıl və gübrə göndərildiSiyasət

Ölkəmiz üzərindən Ermənistana taxıl və gübrə göndərildi

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana göndərilən 4 vaqon gübrə və 4 vaqon taxıl "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından yola salınıb.

Bu gün
11:240
İlham Əliyev Məhəmməd Əl-Casiri qəbul etdi - FOTOSiyasət

İlham Əliyev Məhəmməd Əl-Casiri qəbul etdi - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 6-da İslam İnkişaf Bankı Qrupunun sədri Məhəmməd Əl-Casirin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Bu gün
11:100
Ölkəmiz üzərindən Ermənistana taxıl və gübrə göndəriləcəkSiyasət

Ölkəmiz üzərindən Ermənistana taxıl və gübrə göndəriləcək

Bu gün Azərbaycandan tranzit keçməklə Ermənistana növbəti tədarük həyata keçiriləcək.

Bu gün
09:560