Son dəqiqə
Şəkidə ölümlə nəticələnən AĞIR QƏZA: Yaralıların son vəziyyəti açıqlanıb - FOTOBEGOC Biznes Mərkəzində qanvermə aksiyası təşkil olunubPaytaxtda yeni dairəvi yollar qurulacaq - XƏRİTƏGürcü nazir: "Geosiyasi gərginliklər ərzaq qiymətlərinə təsir edir" - FOTOKeti Perri Bakıya gəlir - FOTO - VİDEOQəbiristanlıqda tapılan körpənin taleyi ilə bağlı RƏSMİ AÇIQLAMA
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Siyasət
  3. İlham Əliyev Məhəmməd Əl-Casiri qəbul etdi - FOTO
İlham Əliyev Məhəmməd Əl-Casiri qəbul etdi - FOTO
Siyasət

İlham Əliyev Məhəmməd Əl-Casiri qəbul etdi - FOTO

Bu gün
11:10
0 baxış
Paylaş:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 6-da İslam İnkişaf Bankı Qrupunun sədri Məhəmməd Əl-Casirin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 6-da İslam İnkişaf Bankı Qrupunun sədri Məhəmməd Əl-Casirin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Gundem.today AZƏRTAC-a istinadən xəbər verir ki, söhbət zamanı dövlətimizin başçısının Məhəmməd Əl-Casirlə görüşləri məmnunluqla xatırlanıb, onun ölkəmizə səfərlərinin tərəfdaşlığın genişləndirilməsi işinə töhfə verdiyi bildirilib.

Azərbaycanla İslam İnkişaf Bankı arasında uzun illərdir səmərəli əməkdaşlığın qurulduğu vurğulanıb.

Bankın ölkəmizdə iqtisadiyyatın müxtəlif istiqamətlərində, həmçinin enerji, o cümlədən yaşıl enerji, kənd təsərrüfatı, su və irriqasiya sistemləri, infrastruktur və sosial sahələrdə bir sıra layihələr həyata keçirdiyi qeyd edilib. Bu xüsusda vurğulanıb ki, 20-yə yaxın dövlət və özəl layihənin icrası üçün bank tərəfindən 1.2 milyard ABŞ dollarından çox vəsait ayrılıb.

Görüşdə bankın bu ilin iyununda Bakıda keçiriləcək İllik toplantılarına hazırlıq məsələləri müzakirə olunub.

Qonaq Ələt Azad İqtisadi Zonası ilə tanış olacağını, həmçinin Qarabağa səfər edəcəyini bildirib.

Söhbət zamanı ölkəmizlə bank arasında əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Siyasət#İlham_Əliyev#Məhəmməd_Əl-Casiri#Azərbaycan_Respublikası#İslam_İnkişaf_Bankı#Amerika_Birləşmiş_Ştatları_(ABŞ)#Bakı#Qarabağ#Yaşıl_enerji

Oxşar Xəbərlər

Azərbaycandan tranzit keçməklə Ermənistana gübrə və taxıl göndərilibSiyasət

Azərbaycandan tranzit keçməklə Ermənistana gübrə və taxıl göndərilib

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana göndərilən daha 4 vaqondan ibarət, çəkisi 272 ton olan gübrə və 6 vaqondan ibarət, çəkisi 420 ton olan taxıl "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından yola salınıb.

Bu gün
12:030
Azərbaycan Pakistana humanitar yardım göstərib - FOTOSiyasət

Azərbaycan Pakistana humanitar yardım göstərib - FOTO

2025-ci ildə Pakistanın Sind əyalətində baş vermiş güclü daşqınların fəsadlarının aradan qaldırılması məqsədilə Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) dəstəyi ilə humanitar yardım təşəbbüsü həyata keçirilib.

Bu gün
11:340
Ölkəmiz üzərindən Ermənistana taxıl və gübrə göndərildiSiyasət

Ölkəmiz üzərindən Ermənistana taxıl və gübrə göndərildi

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana göndərilən 4 vaqon gübrə və 4 vaqon taxıl "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından yola salınıb.

Bu gün
11:240
İlham Əliyev Məhəmməd Əl-Casiri qəbul etdi - FOTO - VİDEOSiyasət

İlham Əliyev Məhəmməd Əl-Casiri qəbul etdi - FOTO - VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 6-da İslam İnkişaf Bankı Qrupunun sədri Məhəmməd Əl-Casirin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Bu gün
11:100