
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Novruz və Ramazanla bağlı bayram tədbirləri - FOTO
Minilliklər boyu xalqımızın yaddaşında yaşayan, baharın gəlişini müjdələyən və hər evə sevinc, yenilənmə ruhu gətirən Novruz bayramı bu il də ölkəmizdə yüksək əhval-ruhiyyə ilə qeyd edilib.
Minilliklər boyu xalqımızın yaddaşında yaşayan, baharın gəlişini müjdələyən və hər evə sevinc, yenilənmə ruhu gətirən Novruz bayramı bu il də ölkəmizdə yüksək əhval-ruhiyyə ilə qeyd edilib.
Bu münasibətlə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və üzv təşkilatlar tərəfindən respublikanın müxtəlif bölgələrində uşaqlar üçün bayram şənlikləri keçirilib, azyaşlılara unudulmaz anlar bəxş olunub.
Tədbirlərin məqsədi gələcəyimiz olan uşaqların asudə vaxtını səmərəli təşkil etməklə yanaşı, zəngin milli adət-ənənələrimizin və mənəvi dəyərlərimizin gənc nəslə aşılanması, onlarda Novruzun yaratdığı birlik və sevinc ruhunun yüksəldilməsidir.
Bayram proqramlarında şəhid övladlarının iştirakı xüsusi diqqətdə saxlanılıb. Eyni zamanda uşaq evlərində və internat məktəblərində təlim-tərbiyə alan, valideyn himayəsindən məhrum uşaqlarla görüşlər keçirilib, onlarla bayram sevinci bölüşülüb.
Novruzun sevilən personajları - Kosa, Keçəl və Bahar qızının maraqlı çıxışları, şən zarafatları və uşaqlarla birgə rəqsləri tədbirlərə fərqli ab-hava qataraq balacaların sevincini artırıb.
Bayram günlərində həmçinin AHİK-in sağlamlıq və istirahət mərkəzlərində də Novruz şənlikləri təşkil olunub, tonqallar qalanıb, müxtəlif əyləncəli proqramlar təqdim edilib.
Tədbirlərdə çıxış edən AHİK nümayəndələri Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə beynəlxalq müstəvidə Novruz bayramının tanıdılması istiqamətində həyata keçirilən tədbirlərdən, həmçinin ölkəmizdə uşaqların sağlam və firavan böyüməsi, Vətənə sədaqət ruhunda yetişməsi üçün yaradılan şəraitdən danışıblar. Eyni zamanda Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun uşaqların rifahına yönəlmiş sosial-humanitar təşəbbüslərinin əhəmiyyəti vurğulanıb, mədəniyyət və incəsənətlə bağlı layihələrinin Azərbaycanın mənəvi, tarixi, mədəni irsinin qorunması işində əvəzolunmaz rolundan bəhs olunub.
Qeyd edək ki, bu il Novruz bayramının yenilənmə ruhu ilə Ramazan ayının mənəvi kamillik çağırışı eyni günlərə təsadüf edib. AHİK, qurumun üzv və tabe təşkilatları tərəfindən Ramazan ayı boyunca ittifaq üzvləri və şəhid ailələrinin iştirakı ilə iftar süfrələri təşkil olunub. İftar süfrələri ətrafında bir araya gələn həmkarlar ittifaqı üzvləri müqəddəs ayın mənəvi dəyərlərini bölüşərək ölkəmizə sülh, əmin-amanlıq və davamlı inkişaf arzulayıblar.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DigərAzərbaycan Texniki Universiteti beynəlxalq reytinqlərdə mühüm uğura imza atıb
Azərbaycan Texniki Universiteti (AzTU) beynəlxalq reytinqlərdə mühüm uğura imza atıb.
DigərZəmanətsiz avtomobil almağın həqiqi riskləri 8 punktda
Avtomobil almaq yalnız bugünkü seçim deyil, uzunmüddətli rahatlıq, təhlükəsizlik və maliyyə sabitliyi ilə bağlı qərardır. İlk baxışda zəmanətsiz və ya grey dealer vasitəsilə alınan avtomobil daha sərfəli görünə bilər. Lakin əksər hallarda başlanğıcda "qənaət" kimi görünən fərq sonradan çox daha böyük xərc, vaxt itkisi və ciddi problemlərlə nəticələnir.
DigərAzərbaycanda ilk dəfə Quşçuluq Festivalı keçirilib
Hacıqabul rayonunda birinci Quşçuluq Festivalı keçirilib.
Digər"Geely Group" satışlarda rəqiblərini geridə qoyaraq liderliyini təsdiqləyir
2026-cı ilin ilk aylarının nəticələri göstərir ki, "Geely Auto Group" qlobal avtomobil bazarında satış dinamikasına görə rəqiblərini geridə qoyaraq lider mövqeyini daha da gücləndirib.