
ABŞ Argentinadakı hərbi təlimlərini LƏĞV ETDİ - Səbəb
ABŞ hökuməti İranla yaşanan gərginliklər fonunda aprelin 6-sı Argentinada keçirilməsi nəzərdə tutulan "Atlantic Dagger" hərbi təlimlərini ləğv edib.
ABŞ hökuməti İranla yaşanan gərginliklər fonunda aprelin 6-sı Argentinada keçirilməsi nəzərdə tutulan "Atlantic Dagger" hərbi təlimlərini ləğv edib.
Gundem.today xəbər verir ki, bu barədə "Clarin" məlumat yayıb.
Xəbərə əsasən, Birləşmiş Ştatlar ilk olaraq Argentinadan olan tərəfdaşlarına əməliyyat səbəblərini əsas gətirərək manevrlərin iyuna qədər ertələndiyini bildirsə də, daha sonra bu təlim mövzusu ümumiyyətlə plandan çıxarılıb.
Birləşmiş Ştatların Quru Qoşunları, Hərbi Hava Qüvvələri və Dəniz Piyadaları Korpusunun cəlb olunacağı gözlənilən "Atlantic Dagger" təlimləri Argentinada ilk dəfə təşkil ediləcəkdi. Hərbi manevrlər Cənubi Amerika dövlətinin bir sıra iri əyalətlərini əhatə etməli idi.
Məlumata görə, rəsmi Vaşinqton Yaxın Şərqdə ehtiyac duyula biləcək hərbi personalın və "Lockheed C-5 Galaxy" hərbi nəqliyyat təyyarələrinin Argentinaya göndərilməsini məqsədəuyğun saymayıb. Vurğulanır ki, Argentina rəsmiləri aprelin sonlarında ABŞ-yə məxsus "USS Nimitz" təyyarədaşıyan gəmisinin gəlişinə və sentyabrda Peruda baş tutacaq UNITAS dəniz təlimlərindəki iştiraklarına hələ də ümid edirlər.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Dünya"X" sosial şəbəkəsində qlobal fasilə yaranıb
Qlobal miqyasda məşhur olan "X" sosial şəbəkəsinin fəaliyyətində kütləvi nasazlıqlar yaranıb. Dünyanın dörd bir yanından olan istifadəçilər platformanın işində yaranan çətinliklərlə bağlı şikayətlər ediblər.
DünyaGünəşdə güclü partlayış qeydə alınıb
Martın 18-dən sonra ilk dəfə Günəş səthində M sinfinə aid növbəti güclü partlayış baş verib.
Dünyaİki ölkə razılığa gəldi: Rusiya və Çini izləyəcəklər
Avstraliya və Almaniya silahlı qüvvələrin statusu haqqında razılaşma, eləcə də erkən aşkarlama sisteminin yaradılmasını nəzərdə tutan kosmik müdafiə sahəsində əməkdaşlıq haqqında saziş imzalayacaqlar.
DünyaSEPAH-ın hərbi-dəniz qüvvələrinin komandiri ÖLDÜRÜLDÜ
İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbi-dəniz qüvvələrinin komandiri Əlirza Tanqsiri Bəndər Abbasa zərbə nəticəsində həlak olub.