
Azərbaycan Kuboku: İlk finalçının adı məlum oldu
Futbol üzrə Azərbaycan Kubokunda ilk finalçı müəyyənləşib.
Futbol üzrə Azərbaycan Kubokunda ilk finalçı müəyyənləşib.
Gundem.today xəbər verir ki, yarımfinalın cavab oyununda "Turan Tovuz"la qarşılaşan "Zirə" cütün qalibi olub.
Zirə İdman Kompleksinin stadionunda baş tutan görüşdə hesab açılmayıb. Lakin ilk qarşılaşmada "qartallar" 2 cavabsız qolla qələbə qazandığı üçün həlledici mərhələyə yüksələn tərəf olublar.
Futbol üzrə Bizon Azərbaycan Kubokunda yarımfinal mərhələsinin cavab oyunları keçirilir.
Gundem.today xəbər verir ki, mərhələnin ilk qarşılaşmasında bu gün "Zirə" "Turan Tovuz"u qəbul edəcək.
Oyun Zirə İdman Kompleksinin stadionunda saat 19:00-da start götürəcək.
Xatırladaq ki, komandalar arasında keçirilən ilk qarşılaşma "Zirə" klubunun 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, bu mərhələnin digər matçında sabah "Qarabağ" səfərdə "Sabah"la üz-üzə gələcək.
Azərbaycan Kuboku
Yarımfinal, cavab oyunları
21 aprel
19:00. "Zirə" - "Turan Tovuz" (ilk oyun 2:0)
Hakimlər: Əli Əliyev, Namiq Hüseynov, Rahil Ramazanov, Rəşad Əhmədov.
VAR: Rauf Cabarov.
AVAR: Elşad Abdullayev.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Zirə İdman Kompleksinin stadionu
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdmanAvropa çempionatı: Azərbaycan güləşçiləri günü iki bürünc medalla başa vurublar
Azərbaycanın yunan-Roma güləşçisi Beka Kandelaki Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında bürünc medal uğrunda görüşdə uduzub.
İdmanİtaliyada 50 futbolçunun adı gecə əyləncələrində hallandı
Milan Prokurorluğu fahişəlik və nəşələndirici qazla müşayiət olunan gecə əyləncələri təşkil etməkdə şübhəli bilinən şirkətlə bağlı araşdırmaya başlayıb.
İdmanAvropa çempionatı: Azərbaycanın daha bir güləşçisi bürünc medal qazandı
Azərbaycanın daha bir yunan-Roma güləşçisi İslam Abbasov Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında bürünc medal qazanıb.
İdmanİsa Rüstəmov Avropa çempionatında gümüş medal qazanıb
Azərbaycanlı ağırlıqqaldıran İsa Rüstəmov Gürcüstanın Batumi şəhərində keçirilən Avropa çempionatında gümüş medal əldə edib.