
Azərbaycan məktəblərinin bufetlərində QADAĞAN EDİLMİŞ məhsulların SİYAHISI
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) yaydığı məlumata görə, cari ilin mart ayı ərzində 390 ümumtəhsil müəssisəsində monitorinq keçirilib. Bildirilib ki, həmin məktəblərdən 263-də ciddi sanitar pozuntular müəyyən edilib. Eyni zamanda 23 məktəbdə yararlılıq müddəti bitmiş, beş məktəbdə isə bufetdə satılması qadağan edilən məhsullar aşkarlanıb.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) yaydığı məlumata görə, cari ilin mart ayı ərzində 390 ümumtəhsil müəssisəsində monitorinq keçirilib. Bildirilib ki, həmin məktəblərdən 263-də ciddi sanitar pozuntular müəyyən edilib. Eyni zamanda 23 məktəbdə yararlılıq müddəti bitmiş, beş məktəbdə isə bufetdə satılması qadağan edilən məhsullar aşkarlanıb.
Görəsən, məktəb bufetində satılması qadağan edilən məhsullar hansılardır?
Gundem.today məktəblərdə qadağan edilən, eləcə də istifadəsinə yol verilməyən qidaların siyahısını təqdim edir.
Belə ki, məktəbəqədər təhsil müəssisələrində qalan uşaqların qidalanması zamanı göbələklərin, qaynadılmamış çəllək südünün, çəllək xaması və kəsmiyinin, termiki emal edilməmiş konservləşdirilmiş yaşıl noxudun, qanlı və içalat kolbasalarının, baytar nəzarətindən keçməmiş ət və ət məhsullarının, su quşlarının yumurtası və ətinin, balıqların, ev şəraitində hermetik qablarda konservləşdirilmiş məhsulların, hermetikliyi pozulmuş bombajlı, deformasiya olmuş, paslı və etiketsiz banka konservlərinin, müxtəlif qatışıqlarla və anbar zərərvericiləri ilə çirklənmiş yarmanın, unun və quru meyvələrin, kiflənmə və çürümə əlamətləri olan meyvə və tərəvəzlərin istifadəsi qəti qadağandır.
Uşaqların qidalanması zamanı süni mənşəli qida əlavələrindən, ədviyyatlardan, istiotlu xörəklərdən, tərkibində süni mənşəli qida əlavələri olan (sintetik aromatizatorlar, boyalar) məhsullardan, o cümlədən spirtsiz qazlı sulardan, qənnadı məmulatlarından, saqqızlar və çipslərdən, qəlyanaltı konservlərindən, duza qoyulmuş meyvə və tərəvəzlərdən (xiyar, pomidor, gavalı, alma), piylərdən, 72 faizdən az yağlılığı olan kərə yağından, hisə verilmiş məmulatlardan, mayonez, bibər, xardal, qıtıqotu, sirkə, istiotlu souslardan və təbii qəhvədən istifadə edilməsinə yol verilmir.
Ümumi təhsil müəssisələrində şagirdlərin qidalanması zamanı aşağıdakı məhsulların istifadə olunması qadağandır:
- çəlləkdə saxlanılan, pasterizə edilməmiş və qaynadılmamış süd;
- termiki emala məruz qalmayan, təbii halda olan kəsmik və xama;
- təbii halda olan və kəsmiyin hazırlanması üçün istifadə olunan süd və qatıq;
- termiki emala məruz qalmayan yaşıl noxud;
- ət qiyməsi ilə hazırlanmış makaron, ətli blinlər, studenlər, doğramac, paştetlər, siyənək balığından forşmak, üzərinə şirə tökülmüş yeməklər (ət və balıqdan);
- termiki emala məruz qalmayan içkilər və morslar, kvas;
- göbələklər;
- yumurtalı makaronlar, qayğanaq;
- kremli pirojnalar və tortlar;
- çox miqdarda yağ doldurulmuş dərin qablarda qızardılan piroqlar və ponçiklər;
- xəmiri acılaşdıran naməlum tərkibli tozlar.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətBağçada uşaqlara keyfiyyətsiz qidalar verilir? - VİDEO
Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən "Esmanur" uşaq bağçası ilə bağlı müəyyən şikayətlər səsləndirilir.
CəmiyyətBakıda qəza ocağına dönən yollar - "Oradan qanunu pozmadan keçmək çox çətindir" - VİDEO
Baku TV-yə "Necə olmalıdır?" podkastının budəfəki buraxılışında qəza ocaqları və təhlükəsizlik mövzusu müzakirə olunub.
CəmiyyətÜrəyi dayanan 62 yaşlı kişini xilas edən həkimlər danışdılar
Ötən gün ictimai nəqliyyatda halı pisləşən xəstəni Mərkəzi Neftçilər Xəstəxanasının həkimləri həyata qaytarmışdılar.
CəmiyyətƏhalinin NƏZƏRİNƏ: Bakı metropolitenində qatarların sabahkı hərəkət qrafikinə DƏYİŞİKLİKLƏR EDİLDİ
Aprelin 22-də günün əsas sərnişin axını saatlarında "28 May-Əhmədli" sahəsində qatarlararası interval 2,5 dəqiqə təşkil edəcək. "Bakmil" istiqamətində isə şənbə günü qrafikindən istifadə olunacaq.