
Enn Heteuey dünyanın ən gözəl qadını seçilib - FOTO
Tanınmış Hollivud ulduzu Enn Heteuey dünyanın ən gözəl insanları siyahısında birinci yerə layiq görülüb.
Tanınmış Hollivud ulduzu Enn Heteuey dünyanın ən gözəl insanları siyahısında birinci yerə layiq görülüb.
Gundem.today xəbər verir ki, bu barədə reytinq siyahısı hər il olduğu kimi, bu il də "People" jurnalının rəsmi saytında dərc edilib.
Nəşrin versiyasına əsasən, 43 yaşlı aktrisa planetin ən cazibədar qadını adını qazanaraq jurnalın üz qabığı üçün fotosessiyaya çəkilib. Müsahibəsində Enn Heteuey ideal bədən quruluşunu necə qoruduğunun sirrini də bölüşüb. Kino ulduzu fərdi məşqçisi Monik İstvudun rəhbərliyi altında idmanla məşğul olduğunu etiraf edib:
"Monik İstvudla məşq etmək çox xoşuma gəlir. O, əsl dahidir. Keçmiş balerina olduğu üçün balet elementlərini, yüksək intensivliyə malik interval məşqlərini, pilates və yoqanı bir araya gətirməyi bacarır. Çox şanslıyam ki, onunla fərdi şəkildə işləmək imkanım var. Biz artıq dörd ildən çoxdur ki, birlikdə çalışırıq və o, mənim fiziki formamı daha da təkmilləşdirib".
Qeyd edək ki, aprelin 14-də paparassilər Enn Heteueyi Nyu-York küçələrində görüntüləyiblər. Aktrisa baş rolu canlandırdığı "Məryəm Ana" filminin nümayişinə həsr olunmuş tədbirə gedərkən kameralara tuş gəlib. Sənətçi fotoqrafların qarşısına qara rəngli şəffaf libasda, üzərinə atdığı palto və hündürdaban ayaqqabılarda çıxıb. Məşhur ulduz obrazını günəş eynəyi, çanta və zərif zinət əşyaları ilə tamamlayıb. Saçlarını dalğalı şəkildə yığdıran aktrisa təbii makiyaja üstünlük verib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaArıq olmaq yüksək xolesterindən qorumur: Mütəxəssisdən xəbərdarlıq
Arıq insanlarda da yüksək xolesterin səviyyəsi müşahidə edilə bilər.
DünyaBritaniyada siqaret satışı ilə bağlı "ömürlük qadağa" - Qaydalar sərtləşdirilir
Böyük Britaniyada yaşı 17-dən az olan bütün şəxslər üçün siqaret almaqla bağlı "ömürlük qadağa" tətbiq ediləcək.
DünyaABŞ-nin raket ehtiyatlarının bərpası 5 il çəkə bilər
ABŞ Silahlı Qüvvələrinə İranla münaqişədən sonra raket ehtiyatlarını bərpa etmək üçün 5 ilə qədər vaxt lazım ola bilər.
DünyaRusiya səfiri Vladimir Solovyova görə İtaliya XİN-ə çağırıldı
Rusiyanın İtaliyadakı səfiri Aleksey Paramonov Romada Xarici İşlər Nazirliyinə çağırılıb.