
Azərbaycan millisi yeni rekord müəyyənləşdirib
Futbol üzrə Azərbaycan milli komandası tarixinin ən böyükhesablı qələbəsini qazanaraq yeni rekord müəyyənləşdirib.
Futbol üzrə Azərbaycan milli komandası tarixinin ən böyükhesablı qələbəsini qazanaraq yeni rekord müəyyənləşdirib.
Gundem.today xəbər verir ki, yığma bu uğura "FIFA Series - 2026" beynəlxalq turnirində Sent-Lüsiya ilə keçirilən qarşılaşmada nail olub.
Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv rəqibini 6:1 hesabı ilə darmadağın edib.
Bununla da milli komanda əvvəlki rekordunu yeniləyib. Azərbaycan yığmasının bundan əvvəlki ən böyükhesablı qələbəsi 2017-ci ildə San-Marino üzərində qazanılıb - 5:1. Həmin qarşılaşma 2018-ci il dünya çempionatının seçmə mərhələsinə təsadüf edib.
Digər böyük qələbələrdən biri isə Lixtenşteyn üzərində qeydə alınıb. Milli 1999-cu ildə keçirilən rəsmi beynəlxalq oyunda rəqibini 4:0 hesabı ilə məğlub edib və uzun müddət bu nəticə rekord kimi qalıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdmanSent-Lüsiya millisinin baş məşqçisi: "Azərbaycanla matçda böyükhesablı məğlubiyyət gözləmirdik"
Sent-Lüsiya yığmasının baş məşqçisi Stern Con "FIFA Series - 2026" turniri çərçivəsində Azərbaycan millisinə qarşı keçirilən oyundan (1:6) sonra mətbuat konfransında çıxış edib.
İdmanAyxan Abbasov: "Növbəti matça daha ciddi hazırlaşacağıq"
Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov "FIFA Series - 2026" turniri çərçivəsində Sent-Lüsiyaya qarşı keçirilən və 6:1 hesablı tarixi qələbə ilə başa çatan oyundan sonra mətbuat konfransında çıxış edib.
İdmanHava şəraiti futbol matçına təsir etdi: Azərbaycan - Sent-Lüsiya görüşünün başlama vaxtı dəyişdirildi
Hava şəraiti və yollarda yaranan sıxlıqla əlaqədar olaraq, "FIFA Series - 2026" beynəlxalq turniri çərçivəsində bu gün keçiriləcək Azərbaycan - Sent-Lüsiya oyununun başlanma saatı dəyişdirilib.
İdmanKosovonun baş naziri Türkiyə ilə oyun öncəsi böyük mükafatı açıqladı
DÇ-2026-nın Avropa zonası üzrə pley-off mərhələsinin həlledici finalına vəsiqə qazanan Kosovo milli komandası öz meydanında Türkiyə yığması ilə üz-üzə gələcək.