Türkiyə-Azərbaycan Birgə Media Platforması üzrə Anlaşma Memorandumu imzalandı
Dünya

Türkiyə-Azərbaycan Birgə Media Platforması üzrə Anlaşma Memorandumu imzalandı

İndi
01:32
0 baxış
Paylaş:

İstanbulda keçirilən Beynəlxalq Strateji Kommunikasiya Zirvəsi (STRATCOM 2026) çərçivəsində Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi ilə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi arasında Anlaşma Memorandum imzalanıb.

Gundem.today xəbər verir ki, sənədi Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran və Medianın İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Əhməd İsmayılov imzalayıblar.

Cumhurbaşkanlığı İletişim Başkanlığımız tarafından bu yıl beşincisi düzenlenen Uluslararası Stratejik İletişim Zirvesi (STRATCOM Zirvesi) 2026 kapsamında, Azerbaycan Cumhuriyeti Medya Kalkınma Ajansı Başkanı Sayın Ahmad İsmayilov ile “Türkiye Cumhuriyeti Cumhurbaşkanlığı İletişim… pic.twitter.com/vjq9tKqv4J

Memorandum çərçivəsində Türkiyə-Azərbaycan Birgə Media Platforması daxilində Birgə İşçi Komissiya və daimi komitələrin yaradılması nəzərdə tutulur.

Sənəd rəqəmsal və sosial media, audiovizual media, strateji kommunikasiya və böhran idarəçiliyi sahələrində iki ölkə arasında əməkdaşlığın gücləndirilməsini hədəfləyir.

Qeyd edək ki, platforma 2020-ci il dekabrın 10-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri zamanı imzalanmış razılaşma əsasında yaradılıb.

Platformanın məqsədi media sahəsində inteqrasiyanı gücləndirmək, ictimaiyyətin düzgün məlumatlandırılmasını təmin etmək və dezinformasiyaya qarşı birgə mübarizə aparmaqdır.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Dünya#Türkiyə#Azərbaycan#Anlaşma_Memorandumu

Oxşar Xəbərlər