
Azərbaycan Prezidenti: "Bizim planımız 2032-ci ilə qədər 8 giqavatlıq Günəş, külək və hidroenerji gücünə malik olmaqdır"
"Bizim planımız - hansı ki, təkcə niyyət deyil, həm də imzalanmış hüquqi qüvvəyə malik müqavilələrə əsaslanır - 2032-ci ilə qədər 8 giqavatlıq Günəş, külək və hidroenerji gücünə malik olmaqdır və bu, tamamilə realdır".
"Bizim planımız - hansı ki, təkcə niyyət deyil, həm də imzalanmış hüquqi qüvvəyə malik müqavilələrə əsaslanır - 2032-ci ilə qədər 8 giqavatlıq Günəş, külək və hidroenerji gücünə malik olmaqdır və bu, tamamilə realdır".
Gundem.today AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 22-də Bakıda keçirilən Azərbaycan-Latviya biznes-forumunda çıxışı zamanı bildirib.
"Biz elektrik enerjisi istehsalı üçün istifadə etdiyimiz təbii qazı böyük ölçüdə bərpaolunan enerji ilə əvəz edəcəyik. Bu isə hazırda beynəlxalq bazarlarda çox ehtiyac duyulan bir neçə milyard kubmetr qaza qənaət etməyimizə imkan verəcək", - deyə Azərbaycan Prezidenti vurğulayıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
SiyasətLatviya prezidenti: "Ağ Şəhər mənə çox böyük təəssürat bağışladı"
"Ağ Şəhəri ziyarət etdim. Bu, mənə çox böyük təəssürat bağışladı".
SiyasətPrezident: "Azərbaycan və Latviya arasında strateji tərəfdaşlıq ən yüksək səviyyədədir" - VİDEO
"Cənab Prezidentlə ikitərəfli gündəliyimizin müxtəlif aspektlərini, o cümlədən beynəlxalq əhəmiyyət kəsb edən məsələləri həm təkbətək görüşdə, həm də nümayəndə heyətlərinin iştirakı ilə geniş şəkildə müzakirə etdik. Şadıq ki, əməkdaşlığımızın çox güclü çərçivəsi var. Doqquz il əvvəl ölkələrimiz arasında imzalanmış Strateji Tərəfdaşlıq haqqında Bəyannamə, həmçinin hüquqi çərçivəni yaradır və münasibətlərimizi ən yüksək səviyyəyə qaldırır. Biz elə bunun əsasında tərəfdaşlığı müxtəlif sahələrdə ink
SiyasətEdqars Rinkeviçs: "Azərbaycan bir çox Avropa ölkəsi üçün strateji tərəfdaşdır"
"Qeyri-müəyyənlik dövründə etibarlı tərəfdaşların əldə olunması ən mühüm sərvətdir".
SiyasətEdqars Rinkeviçs: "Azərbaycan bir çox Avropa ölkəsi üçün strateji tərəfdaşdır" - VİDEO
"Qeyri-müəyyənlik dövründə etibarlı tərəfdaşların əldə olunması ən mühüm sərvətdir".