Son dəqiqə
ABŞ-də 26 il həbsdə yatan şəxs bəraət aldıAlmaniya millisi mundialdan qabaq hüсumçusunu itirdiXərçəngin aşkarlanması üçün altı adi analiz - Rusiyalı həkimdən maraqlı açıqlamaİspaniya La Liqası: Yamal "Barselona"ya qələbə qazandırdıİspaniya La Liqası: Yamal "Barselona"ya qələbə qazandırdı - VİDEOİran parlamentinin sədri Hörmüz boğazının açılması və sülh üçün şərtlər irəli sürdü
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Siyasət
  3. Prezident: "Azərbaycan və Latviya arasında strateji tərəfdaşlıq ən yüksək səviyyədədir" - VİDEO
Prezident: "Azərbaycan və Latviya arasında strateji tərəfdaşlıq ən yüksək səviyyədədir" - VİDEO
Siyasət

Prezident: "Azərbaycan və Latviya arasında strateji tərəfdaşlıq ən yüksək səviyyədədir" - VİDEO

Bu gün
21:26
0 baxış
Paylaş:

"Cənab Prezidentlə ikitərəfli gündəliyimizin müxtəlif aspektlərini, o cümlədən beynəlxalq əhəmiyyət kəsb edən məsələləri həm təkbətək görüşdə, həm də nümayəndə heyətlərinin iştirakı ilə geniş şəkildə müzakirə etdik. Şadıq ki, əməkdaşlığımızın çox güclü çərçivəsi var. Doqquz il əvvəl ölkələrimiz arasında imzalanmış Strateji Tərəfdaşlıq haqqında Bəyannamə, həmçinin hüquqi çərçivəni yaradır və münasibətlərimizi ən yüksək səviyyəyə qaldırır. Biz elə bunun əsasında tərəfdaşlığı müxtəlif sahələrdə ink

"Cənab Prezidentlə ikitərəfli gündəliyimizin müxtəlif aspektlərini, o cümlədən beynəlxalq əhəmiyyət kəsb edən məsələləri həm təkbətək görüşdə, həm də nümayəndə heyətlərinin iştirakı ilə geniş şəkildə müzakirə etdik. Şadıq ki, əməkdaşlığımızın çox güclü çərçivəsi var. Doqquz il əvvəl ölkələrimiz arasında imzalanmış Strateji Tərəfdaşlıq haqqında Bəyannamə, həmçinin hüquqi çərçivəni yaradır və münasibətlərimizi ən yüksək səviyyəyə qaldırır. Biz elə bunun əsasında tərəfdaşlığı müxtəlif sahələrdə inkişaf etdirmək üçün sıx çalışmışıq".

Gundem.today xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 22-də ölkəmizdə rəsmi səfərdə olan Latviya Prezidenti Edqars Rinkeviçslə mətbuata bəyanatında səsləndirib.

Dövlət başçısı iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsi istiqamətində görülən işlərə də toxunub:

"Cəmi bir həftə əvvəl Birgə Hökumətlərarası Komissiya Azərbaycanda - Qarabağda, Şuşada görüş keçirib və biz həmsədrlərin verdiyi məlumatları dinlədik, çox perspektivli planlar, bir yerdə görüləcək çoxlu işlər qeyd edildi. Bu gün keçiriləcək biznes-forum işgüzar əlaqələrin qurulmasında, qarşılıqlı sərmayələr üçün imkanların tapılmasında, birgə istehsalın və bir sıra digər işlərin qurulmasında çox böyük potensialın növbəti təzahürüdür. Mən iştirakçıların siyahısına baxdım. Hər iki tərəfdən kifayət qədər böyük təmsilçilik var. Ümidvarıq ki, bu cür qarşılıqlı fəaliyyət praktiki müqavilələrlə nəticələnəcək".

Prezident İlham Əliyev qarşılıqlı ticarət dövriyyəsinin artırılmasının əsas hədəflərdən biri olduğunu vurğulayıb:

"Biz, həmçinin razılığa gəldik ki, planlar, proqramlar və sərmayə imkanları barədə bir-birimizə daim məlumat verəcəyik ki, hər iki ölkə şirkətlərinin informasiyaya çıxışı olsun və onlar öz fəaliyyətini planlaşdıra bilsinlər. Düşünürəm ki, hər iki ölkəyə yatırılacaq sərmayələr çox gözəçarpan nəticələr verə biləcək. Azərbaycanın istər dövlət, istərsə də özəl sərmayədarları bu cür fəaliyyətə hazırdır və ümid edirəm ki, biznes-forum bu vaxta qədər, əfsuslar ki, bir az mülayim görünən qarşılıqlı ticarətimizin dövriyyəsinin artırılmasında həqiqətən mühüm mərhələyə çevriləcək".

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Siyasət#İlham_Əliyev#Edqars_Rinkeviçs#Latviya#Biznes_Forum

Oxşar Xəbərlər

İranın "badına" gedən ölkəni nələr gözləyir? - VİDEOSiyasət

İranın "badına" gedən ölkəni nələr gözləyir? - VİDEO

ABŞ Bağdada iranyönümlü silahlıları ləğv etməsi üçün pul göndərilməsini dayandırıb. Hətta Bağdadla təhlükəsizlik əməkdaşlığı proqramlarını dondurub.

Bu gün
01:240
Prezident: "Ələt Azad İqtisadi Zonası xarici investorlar üçün cəlbedici platformaya çevrilir" - VİDEOSiyasət

Prezident: "Ələt Azad İqtisadi Zonası xarici investorlar üçün cəlbedici platformaya çevrilir" - VİDEO

"Bu gün biz, əsasən, ölkələrimiz arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıqla bağlı fürsətləri müzakirə etdik. Birgə İqtisadi Komissiyanın həmsədrlərinin hər ikisi kənd təsərrüfatı naziridir. Əlbəttə ki, əhalimizin qırx faizindən çoxunun kənd yerlərində yaşadığını nəzərə alaraq, bu məsələ bizim hökumətimiz üçün prioritetlərdən biri olmağa davam edəcək".

Bu gün
00:500
Latviya prezidenti: "Ağ Şəhər mənə çox böyük təəssürat bağışladı"Siyasət

Latviya prezidenti: "Ağ Şəhər mənə çox böyük təəssürat bağışladı"

"Ağ Şəhəri ziyarət etdim. Bu, mənə çox böyük təəssürat bağışladı".

Bu gün
21:280
Edqars Rinkeviçs: "Azərbaycan bir çox Avropa ölkəsi üçün strateji tərəfdaşdır"Siyasət

Edqars Rinkeviçs: "Azərbaycan bir çox Avropa ölkəsi üçün strateji tərəfdaşdır"

"Qeyri-müəyyənlik dövründə etibarlı tərəfdaşların əldə olunması ən mühüm sərvətdir".

Bu gün
21:240