Son dəqiqə
Pentaqon: "ABŞ Silahlı Qüvvələri İranın su və ya hava məkanına daxil olmaq niyyətində deyil"İsrail ordusu "Nova" festivalına hücum edən "Nuhba" komandirini öldürdü - FOTO - VİDEO"Real Madrid"də skandal: Rüdiger komanda yoldaşına şillə vurduRumıniya parlamenti baş naziri istefaya göndərdiErmənistan və Fransa strateji tərəfdaşlıqla bağlı birgə bəyannamə imzaladılarMəşhur ticarət mərkəzlərində SAXTA KÜRÜLƏR aşkarlandı - FOTO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Dünya
  3. Azərbaycan Türkiyə ilə birlikdə "SİVRİSİNEK" adlı PUA istehsal edəcək - FOTO
Azərbaycan Türkiyə ilə birlikdə "SİVRİSİNEK" adlı PUA istehsal edəcək - FOTO
Dünya

Azərbaycan Türkiyə ilə birlikdə "SİVRİSİNEK" adlı PUA istehsal edəcək - FOTO

Bu gün
16:50
0 baxış
Paylaş:

Azərbaycan Türkiyə ilə birlikdə "SİVRİSİNEK" adlı pilotsuz uçuş aparatı (PUA) istehsal edəcək.

Azərbaycan Türkiyə ilə birlikdə "SİVRİSİNEK" adlı pilotsuz uçuş aparatı (PUA) istehsal edəcək.

Gundem.today xəbər verir ki, bunu "Report"a "Baykar" şirkətinin baş direktoru, "SAHA" İstanbul İdarə Heyətinin sədri Haluk Bayraktar deyib.

O bildirib ki, "SAHA 2026" Müdafiə, Aviasiya və Kosmik Sənayesi Sərgisində nümayiş edilən bütün PUA-lar Azərbaycanda olan zavodlarda istehsal olunacaq. Onlardan biri də "SİVRİSİNEK" adlı pilotsuz uçuş aparatıdır:

"Bu PUA müasir hərbi texnologiyalar sırasında diqqət çəkir. Kiçikölçülü bu aparat əsasən yer hədəflərinə qarşı istifadə üçün nəzərdə tutulub".

Qeyd edək ki, sözügedən aparatın uçuş məsafəsi versiyadan asılı olaraq təxminən 900-1000 kilometr təşkil edir. Bundan əlavə sistem "fire and forget" (at və unut) prinsipi ilə işləyir və bəzi modellərdə 10 km-dən 80 km-dək artıq hədəf vurma imkanına malikdir.

PUA-nın uzunluğu 3.8 metr, qanad açıqlığı isə 3.2 metrdir. Maksimum uçuş müddəti 8-9 saatdan çox ola bilir. Saatda təxminən 55 düyün və ya dəniz mili (1 dəniz mili 1.852 km-ə bərabərdir - red.) sürəti ilə hərəkət edir.

"SİVRİSİNEK" katapult vasitəsilə buraxılır, daxili yanma mühərriki ilə işləyir və süni intellekt dəstəyi ilə hədəftanıma funksiyasına malikdir. Sistem GNSS və elektro-optik idarəetmə ilə təchiz olunub.

Mütəxəssislərin fikrincə, bu tip PUA-lar həm müşahidə, həm də zərbə əməliyyatlarında istifadə oluna bilər və müasir döyüş şəraitində çevik, effektiv vasitə hesab olunur.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Dünya#Türkiyə#Dron_-_Pilotsuz_uçuş_aparatı_(PUA)#Haluk_Bayraktar#SAHA_2026

Oxşar Xəbərlər

Pentaqon: "ABŞ Silahlı Qüvvələri İranın su və ya hava məkanına daxil olmaq niyyətində deyil"Dünya

Pentaqon: "ABŞ Silahlı Qüvvələri İranın su və ya hava məkanına daxil olmaq niyyətində deyil"

"ABŞ hərbçiləri gəmilərin Hörmüz boğazından təhlükəsiz şəkildə çıxarılmasının təmin edilməsini nəzərdə tutan "Azadlıq layihəsi" ("Project Freedom") əməliyyatı zamanı İranın hava və ya su məkanına daxil olmaq niyyətində deyil".

Bu gün
18:360
İsrail ordusu "Nova" festivalına hücum edən "Nuhba" komandirini öldürdü - FOTO - VİDEODünya

İsrail ordusu "Nova" festivalına hücum edən "Nuhba" komandirini öldürdü - FOTO - VİDEO

İsrail ordusu "Nuhba" qruplaşmasının komandirini öldürüb.

Bu gün
18:320
Rumıniya parlamenti baş naziri istefaya göndərdiDünya

Rumıniya parlamenti baş naziri istefaya göndərdi

Rumıniya qanunverici orqanında keçirilən etimadsızlıq səsverməsinin nəticəsi olaraq Baş nazir İlie Boloyanın rəhbərlik etdiyi hökumət buraxılıb.

Bu gün
18:160
Ermənistan və Fransa strateji tərəfdaşlıqla bağlı birgə bəyannamə imzaladılarDünya

Ermənistan və Fransa strateji tərəfdaşlıqla bağlı birgə bəyannamə imzaladılar

Ermənistan və Fransa strateji tərəfdaşlığın qurulması ilə bağlı birgə bəyannamə imzalayıblar.

Bu gün
18:140