
"Real Madrid"də skandal: Rüdiger komanda yoldaşına şillə vurdu
"Real Madrid"in məşq bazasında biabırçı hal yaşandığı iddia olunur.
"Real Madrid"in məşq bazasında biabırçı hal yaşandığı iddia olunur.
Gundem.today "Haber Global"a istinadən xəbər verir ki, "Kral klubu"nda Kilian Mbappe ilə başlayan böhranlı vəziyyət Valdebebas bazasına da öz təsirini göstərib.
Jurnalist Migel Serranonun "Onda Cero" radiosunda səsləndirdiyi məlumata əsasən, almaniyalı müdafiəçi Antonio Rüdiger klubun Valdebebasdakı məşq bazasının soyunub-geyinmə otağında komanda yoldaşı Alvaro Karrerasa şillə vurub.
Jurnalist qeyd edib ki, bu səs-küylü hadisə "Alaves" və "Betis" komandaları ilə keçirilən oyunlar arasındakı müddətdə cərəyan edib.
Xatırladaq ki, son vaxtlar "Real Madrid" ulduzları ilə bağlı qalmaqallar gündəmdən düşmür. Bundan öncə Kilian Mbappenin Ekster Espozito ilə İtaliya səfəri və Sebalyosun Arbeloa ilə yaşadığı münaqişələr mediada geniş işıqlandırılıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdmanAzərbaycanın minifutbol yığması "Millətlər Liqası" turnirinin qalibi olub
Azərbaycanın minifutbol millisi Monteneqroda keçirilən "Millətlər Liqası" turnirinin qalibi olub.
İdmanMisli Premyer Liqası: "Neftçi" Yevlaxda 3 xal qazandı
Misli Premyer Liqasında XXX tur "Karvan-Yevlax" və "Neftçi" komandaları arasındakı qarşılaşma ilə yekunlaşıb.
İdmanMisli Premyer Liqası: "Neftçi" Yevlaxda 3 xal qazandı - VİDEO
Misli Premyer Liqasında XXX tur "Karvan-Yevlax" və "Neftçi" komandaları arasındakı qarşılaşma ilə yekunlaşıb.
İdmanEdin Terziç İspaniya klubuna baş məşqçi təyin olundu
"Atletik Bilbao" klubu rəsmən baş məşqçi postuna Edin Terziçin təyin olunduğunu elan edib.