
Azərbaycan Ukraynaya humanitar yardım olaraq beş avtobus göndərib - FOTO
Azərbaycan Ukraynaya humanitar yardım çərçivəsində 5 sərnişin avtobusu təqdim edib.
Azərbaycan Ukraynaya humanitar yardım çərçivəsində 5 sərnişin avtobusu təqdim edib.
Gundem.today xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiga "X" sosial şəbəkəsində məlumat verib.
Onun sözlərinə görə, bu avtobuslar Ukrayna icmalarının ehtiyacları üçün nəzərdə tutulub. Nazir qeyd edib ki, 2022-ci ildən etibarən Azərbaycan Ukraynaya 45 milyon dollardan çox həcmdə humanitar yardım göstərib.
Bu yardımlar arasında generatorlar, transformatorlar və enerji sisteminin fəaliyyətini təmin edən digər avadanlıqlar yer alıb. Həmçinin 500-dən çox ukraynalı uşaq Azərbaycanda reabilitasiya proqramlarında iştirak edib.
Sibiga Azərbaycanın göstərdiyi dəstəyi yüksək qiymətləndirərək, bunun Ukraynanın möhkəmlənməsinə və inkişafına töhfə verdiyini vurğulayıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Siyasətİlham Əliyevin sosial şəbəkə hesablarında Zelenskinin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında ukraynalı həmkarı Volodimir Zelenskinin Azərbaycana işgüzar səfəri ilə bağlı videoçarx paylaşılıb.
SiyasətRusiyadan Zelenskinin danışıqlar üçün Bakı təklifinə REAKSİYA - FOTO
"Rusiya ABŞ və Ukrayna ilə Azərbaycanda danışıqlara razılıq verə bilər".
SiyasətAzərbaycan QHT-lərindən Nyu-York merinə açıq məktub: "Milyonlarla insanın hisslərinə toxunmusunuz"
Azərbaycanın bir qrup QHT nümayəndəsi "X" platformasında 1915-ci il qondarma erməni soyqırımı, həmçinin 2020-2023-cü illərdə Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etmək səyləri barədə həqiqətdən uzaq fikirlər səsləndirmiş Nyu-York şəhərinin meri Zohran Kvame Mamdaniyə açıq məktub ünvanlayıb.
SiyasətAzərbaycan və Ukrayna prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO - VİDEO
Aprelin 25-də Qəbələdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ukrayna Prezidenti Volodimir Zelenski mətbuata bəyanatlarla çıxış ediblər.